COVID-19 pandemiyası dövründə DUBAYA səyahət qaydaları...


Dubaya (DXB hava limanına) gələn bütün sərnişinlər koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər (elektron surətlər qəbul edilmir). PCR testi Dubaya (DXB hava limanına) uçuşdan ən çox 72 saat əvvəl verilməlidir. Arayış ərəb və ya ingilis dilində çap olunmalıdır (əl ilə yazılmış hesabatlar olmamalıdır) və uçuşun başlandığı ölkənin təsdiq etdiyi laboratoriya tərəfindən təqdim edilməlidir. Arayışda onun etibarlılığını təsdiq edən QR kodun olması tövsiyə olunur. Bu tələb aşağıdakılara şamil olunmur:
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına;
12 yaşından kiçik sərnişinlərə.
Azərbaycandan Dubaya (DXB) yola düşən bütün sərnişinlər gəliş zamanı COVİD-19 dair PCR testindən keçməlidirlər.

1. Hər növ viza (turizm, uzun səfər, qısa səfər, çoxsaylı və s.) sahibi olan Dubaya gələn bütün səyahətçilər geri bilet/növbəti təyinat məntəqəsinə biletə malik olmalıdırlar.

2. Dubaya gələn BƏƏ rezidentləri

Dubayda verilmiş yaşayış vizası və ya rezidentin “qızıl kartı” olan, Dubaya (DXB) qayıdan Birləşmiş Ərəb Əmirliklərinin rezidentləri uçuşdan əvvəl aşağıda qeyd olunmuş ünvan: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx vasitəsilə GDRFA icazəsini əldə etməlidirlər.
Sərnişin vizanın etibarlılıq müddətini bu saytda yoxlaya bilər.
Sərnişində istənilən digər əmirlik tərəfindən verilmiş qüvvədə olan yaşayış icazəsi mövcud olduğu təqdirdə, reysi təxsis etməzdən əvvəl BƏƏ-yə gəlişini / təkrar gəlişini uaeentry.ica.gov.ae portalında təsdiq etməlidir. BƏƏ-yə giriş / təkrar giriş icazəsi olmadan sərnişin reysə buraxılmayacaq. Vizanın etibarlılıq müddətini bu saytda yoxlamaq mümkündür. Həmçinin sərnişinlər Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.

Dubaya (DXB hava limanına) və ya Al Maktoum (DWC) hava limanına gələn Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları, gəlişdən sonra COVID-19 PCR testindən keçməlidilər.

3. DXB hava limanına gələn turistlər:

Dubaya səyahət edən sərnişinlərin tibbi sığortası olmalıdır, həmçinin Dubaya gəlməzdən əvvəl və ya sonra "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeyd etmək lazımdır ki, Dubaya gəldikdən sonra təkrar testdən keçmək üçün siz təsadüfi seçilə bilərsiniz və test nəticələrini əldə edənə qədər karantinə yerləşdirilə bilərsiniz.

4. Əfqanıstan, Angola, Argentina, Bəhreyn, Braziliya, Kamboca, Çili, Kot-d’İvuar, Xorvatiya, Kipr, Çexiya, Cibuti, Misir, Eritreya, Efiopiya, Gürcüstan, Qana, Yunanıstan, Qvineya, Macarıstan, İndoneziya, İran, İraq, İsrail, İordaniya, Keniya, Küveyt, Livan, Malta, Moldova, Çernoqoriya, Mərakeş, Myanma, Nigeriya, Oman, Filippin, Polşa, Qətər, Rumıniya, Rusiya Federasiyası, Ruanda, Senegal, Slovakiya, Somali, Cənubi Afrika, Cənubi Sudan, Sudan Respublikası, Suriya, Tacikistan, Tanzaniya, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Ukrayna, Özbəkistan, Zambiya və ya Zimbabvedən səyahət edən və Dubay (DXB) və ya Al Maktoum (DWC) hava limanından tranzitlə keçən sərnişinlər Birləşmiş Ərəb Əmirliklərinə birbaşa reyslə son məntəqədən yola düşməzdən ən gec 72 saat əvvəl çap olunmuş COVID-19-da dair PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidilər. Arayış ərəb və ya ingilis dilində olmalıdır və https://screening.purehealth.ae saytında təsdiq edilmiş laboratoriya və ya uçuşun başlandığı ölkənin akkreditə olunmuş laboratoriyası tərəfindən təqdim edilməlidir. Bu qaydalar aşağıdakılara şamil edilmir:
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına;
12 yaşından kiçik sərnişinlərə.

5. Dubaydan (DXB hava limanından) yola düşən bütün sərnişinlər qeydiyyat masasında koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər. Alternativ olaraq, sərnişinlər test nəticələri haqqında məlumatı əks etdirən ALHOSN mobil tətbiqini yükləyə bilərlər (tətbiqi buradan yükləyə bilərsiniz). Bu tətbiqi smartfonunuza əvvəlcədən yükləməli və test nəticələrinin alındığından və tətbiqdə mövcud olduğundan əmin olmalısınız. Mümkün texniki problemləri nəzərə alaraq, sərnişinlərə üzərində QR kodu olan arayışlar almaları tövsiyə olunur. Səhifənin sonunda QR kod ilə arayışları verən laboratoriyaların siyahısı verilmişdir. PCR-test Dubaydan (DXB) uçuş icra olunmazdan ən gec 48 saat əvvəl verilməlidir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl yola düşdüyünüz və ya gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram