Antalyada istirahət planlayan bir çox insan otel seçimi zamanı tərəddüd yaşayır. Sosial şəbəkələrdə yayılan ziddiyyətli məlumatlar isə doğru bölgəni tapmağı çətinləşdirir.
“Terra Travel” turizm şirkəti müştərilərdən gələn sorğuların çoxluğunu nəzərə alaraq Antalyanın turistik bölgələrinin hansının sizin istək və ehtiyaclarıniza uyğun olduğunu müəyyən etdi. Eyni zamanda bütün suallarınıza tur operatorlarına müraciət etmədən cavab tapa bilməyiniz üçün ən çox soruşulan sualları bir arada toplayıb hər birinin cavabını məqalədə sizinlə bölüşdük.
Burada 5 ulduz və lüks otellərin say çoxluğu, dəniz sahilinə sıfır məsafədə olanlar, Booking.com və Tripadvisor kimi saytlarda reytinq cədvəlinə əsasən yüksək xal alanlar, uşaqlı ailələrə uyğun aquaparklı otellərin say çoxluğu, alış-veriş mərkəzləri çox olan, hava limanına ən yaxın, dənizinin təmizliyi və ağ qumlu sahili ilə fərqlənənləri müqayisə etdik. Seçimi yalnız öz gözləntilərinizə uyğun edə bilərsiniz.
Region (turistik bölgə) |
5★ Otel sayı |
Side – 5* otel sayı çoxluğu və ailəvi istirahət üçün geniş seçim |
89 |
Belek – ultra-lüks, golf və spa konsepti ilə fərqlənən bölgə |
64 |
Kemer – sakitlik axtaranlar üçün dağ mənzərəli və boutique otellər |
41 |
Alanya – daha az, lakin seçilmiş 5★ otel təklifləri |
29 |
Lara–Kundu – şəhərə yaxınlıq və tematik otel üstünlükləri |
27 |
|
Region (turistik bölgə) |
Reytinqlər |
Kemer – Booking və Tripadvisor reytinqlərində lider |
9.0–9.4 |
Belek – dünya səviyyəli otellərlə stabil yüksək xal |
8.8–9.4 |
Side – ailə yönümlü otellərdə balanslı reytinqlər |
8.5–9.3 |
Lara – möhkəm reputasiyalı premium otellər |
8.7–9.2 |
Alanya – münasib qiymət və orta-yüksək dəyərləndirmə |
8.5–9.0 |
Region (turistik bölgə) | Aquaparklı otel sayı |
Belek – Land of Legends kimi məşhur ailəvi komplekslər |
40+ |
Lara – Titanic, Limak və Delphin kimi
|
20+ |
Kemer – təbiət içində yerləşən Kids Concept otellər |
15-20 |
Side – ailə konseptli, sakit və təhlükəsiz otellər |
30+ |
Alanya – sadə və münasib qiymətli seçimlər |
10-15 |
Region (turistik bölgə) |
AVM sayı (Alış-veriş mərkəzi) |
Lara (şəhər mərkəzi) – AVM-lərlə zəngin ən uyğun seçim |
10+ |
Belek – həm AVM, həm əyləncə parkı ilə fərqlənir |
3–5 |
Alanya – orta səviyyəli alış-veriş imkanları |
3–4 |
Side – limitli AVM, yerli butiklər üstünlük təşkil edir |
2–3 |
Kemer – əsasən bazar tipli alış-veriş yerləri mövcuddur |
1–2 |
Region (turistik bölgə) |
Məsafə və zaman aralığı |
Lara – hava limanından 15 dəqiqəlik məsafədə yerləşən otellər |
10–15 km / 15 dəq |
Antalya şəhər mərkəzi – rahat transfer və tarixi otellər |
12–13 km / 20 dəq |
Belek – orta məsafəli, ailə konseptli resortlar |
30–35 km / 40 dəq |
Kemer – uzaq məsafə, lakin dağ mənzərəsi üstünlüyü |
55–60 km / 1 saat+ |
Alanya – 2 saatlıq yol və alternativ hava limanı |
115+ km / 2 saat+ |
Region (turistik bölgə) |
Mavi Bayraqlı çimərlik sayı |
Kemer – mavi bayraqlı çimərliklərin lideri |
10+ |
Side – yüksək təmizlik səviyyəsi və ağ qumlu çimərlik |
8+ |
Belek – təmiz dəniz və sahil zolağı balansı |
6+ |
Lara – yaxşı səviyyədə dəniz suyu şəffaflığı |
5+ |
Alanya – orta-yüksək keyfiyyət, əsasən Cleopatra çimərliyi ilə fərqlənir |
4+ (Cleopatra) |
Region (turistik bölgə) |
Ağ qum sahili |
Side – düz və təhlükəsiz sahillərlə ailələr üçün ideal |
Bəli |
Belek – geniş və lüks çimərlik sahələri |
Bəli |
Lara – tematik otellərin sahilə uyğun tərtibatı |
Qismən |
Alanya – UNESCO tərəfindən qorunan Cleopatra sahili |
Cleopatra sahili |
Kemer – çınqıllı və qayalı sahil (dağ mənzərəli təbiət) |
Yoxdur |
Önəmli qeyd: Cleopatra Beach ən ağ və zərif qumlu sahil hesab edilir. Son olaraq ağ qumlu dəniz sahilləri Side, Belek və Alanyadadır (Cleopatra).
Antalyanın hər bir bölgəsi öz unikal otelləri ilə seçilir. Side bölgəsi 5★ otellərin sayı və ağ qum baxımından liderliyini davam etdirir. Belek aqupark və qolf konseptində ideal seçimdir.
Kemer yüksək reytinq, dağ mənzərəsi və dəniz-sağlamlıq keyfiyyəti ilə ön plandadır. Lara–Kundu, hava limanına yaxınlığı və tematik otelləri ilə bəhsə dəyərdir. Alanya bölgəsi isə münasib qiymət, Cleopatra sahili və tarixi atmosferi ilə fərqlənir.
Siz büdcənizə, istək və gözləntilərinizə uyğun otel seçimi etmək üçün Terra Travel’-a müraciət edin, sizə uyğun tətil planı hazırlayaq!