Hara uçmaq olar, COVİD-19 üçün arayış tələb olunurmu, turistlər nəyi bilməlidir?

Ölkəmizdə turizmin məxməri dövrü açıldı. Artıq rayonlara gediş gəliş bərpa olunub. Yay boyu səyahət edə bilməyən, dəniz və hovuz keyfini yaşamayan əhali bu mövsümdən maksimum yararlanmaq istəyir. Pandemiya bizim istirahət və səyahət vərdişlərimizi nə qədər dəyişsə də istirahətə nə qədər büdcə ayıracağımızı, neçə gün qalacağımızı, aktiv yaxud passiv turizmi seçəcəyimizi çox yaxşı bilirik. Amma bilmədiyimiz bəzi məqamlar var ki, bu bizim istirahət istəyimizə problem yarada bilər.



Əlbəttə ki, hazırda yerli turizmlə bağlı heç bir problem yoxdu. Bəs xarici turizm? Hansı ölkələr öz sərhədlərini vətəndaşlarımız üçün açıblar? Xaricə gedərkən COVID testinin nəticəsi ilə bağlı arayışa ehtiyac varmı və bu arayışları hardan əldə etmək olar?
Bu sualların cavabı ilə tanış olmaq üçün materialı diqqətlə oxuyun.


/home/getfile/22304

Aviareyslər bərpa edilir



Ölkəmiz dünyanın bəzi istiqamətlərinə aviareysləri bərpa edib.
Xüsusi qaydalar ilə hal-hazırda həyata keçirilən uçuşlar aşağıdakılardır:


  • Bakı-İstanbul-Bakı, AZAL reysi, hər gün
  • Bakı-İstanbul-Bakı, Türk Hava Yolları reysi, hər gün
  • Bakı-Minsk, Belavia reysi, həftədə 2 dəfə
  • Bakı-London-Bakı, AZAL reysi, həftədə 1 dəfə
  • Bakı-Berlin-Bakı, AZAL reysi, həftədə 1 dəfə
  • Bakı-Dubay-Bakı, FlyDubai reysi, həftədə 2 dəfə
/home/getfile/22304

Sizi 14 günlük karantindən xilas edəcək test


Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan "Azərbaycan Hava Yolları"nın xüsusi reysləri ilə yola düşmək üçün sərnişinlərin koronavirus (COVID-19) testindən keçməsi mütləqdir. PCR testi əsasında alınan arayışlar səyahətçiləri bəzi ölkələrdə 14-günlük karantindən azad edə bilər.

/home/getfile/22304

COVID-19 testini harada vermək olar?



Səyahətdən bir gün əvvəl aviaşirkətin tələb etdiyi PCR testi əsaslı arayışları aşağıda adları qeyd olunmuş klinika və laboratoriyalardan əldə etmək olar.

Referans Laboratoriyası
Ünvan: Bakı ş., Mirzəbala Məmmədzadə küç. 8A

“Leyla Medical Center” Klinkası
Ünvan: Bakı ş., Yusif Səfərov küç. 19

Memorial Klinikası
Ünvan: Bakı ş., Qara Qarayev pr. 38А

“Bona Dea” Xəstəxanası
Ünvan: Bakı ş., Mehdi Abbasov küç. 2

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi
Ünvan: Bakı ş., Məmmədəli Şərifli küç. 159

1 nömrəli Şəhər Poliklinikası
Ünvan: Bakı ş., Bül-bül pr. 8

10 nömrəli Şəhər Poliklinikası
Ünvan: Bakı ş., Azadlıq pr. 176

18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Ünvan: Bakı ş., Nəsimi küç. 11

Caspian International Hospital
Ünvan: Bakı ş., Badamdar qəs., 1-ci yaşayış massivi 31



/home/getfile/22304

Turizm arzuolunan səviyyədə və təhlükəsiz olacaq


Əziz səyahətsevərlər! Karantin qaydalarının yumşalmasını gözləyən sahələrdən biri də turizmdir. Hər birimiz sosial məsuliyyət və həmrəylik nümayiş etdirərək pandemiya şəraitinin tələb etdiyi qayda və standartlara əməl etməklə tezliklə istədiyimiz ölkələrə səyyahət edə biləcəyik.
Məhz bundan sonra turizm arzuolunan səviyyədə və təhlükəsiz olacaq.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading