Dubayda “Şopinq Festivalı”

/home/getfile/37031


Qarderobunuzu yeniləmək üçün gözəl imkan


Hər il yanvar-fevral aylarında dünyanın bir çox şəhərlərində “Şopinq Festival”ları başlayır. Müşahidələr göstərir ki, Azərbaycanlılar daha çox Dubay festivalını maraqla gözləyirlər. Dubayda ilk festival 1996-cı ildə keçirilib və o vaxt şəhərdə yalnız bir böyük ticarət mərkəzi vardı. Təxminən 200 min nəfərin qoşulduğu bu festival növbəti ildə 5 dəfə çox turisti özünə cəlb etdi, hansı ki, bu rəqəm hər il durmadan artır. Qeyd edək ki, Dubay Ticarət Festivalı dünyanın ən davamlı və ən çox ziyarətçisi olduğu festivaldır. Hazırda festivala gələn turistlərin sayı yerli əhalinin sayından bir neçə dəfə çoxdur.

/home/getfile/37032

Ginnessin rekorduna düşən festival


2016-cı ildə 20 ildən artıq tarixi olan Dubay “Şopinq Festivalı”nda mağazalar məşhur sənətçilərlə dolub daşdı. Həmçinin eyni ildə festival Ginnessin rekordunu da yenilədi.

/home/getfile/37042


80%-dək endirimlərdən yararlanın


Hazırda həmvətənlərimizin üz tutduğu bu festival fevralın 1-ə qədər davam edəcək. Bu müddət ərzində Siz nəzərəçarpacaq dərəcədə ucuz qiymətə geniş seçimlərdən istifadə edə bilərsiniz.
Sonsuz alış veriş təlabatınızı zövqlə təmin etməyin ən yaxşı yolu məhz bu festivala yollanmaqdır. Festival zamanı alış verişi zövqlü, əyləncəli və fərqli edən həm də bu şəhərin dünyanın ən nadir səyahət yerlərindən biri olmasıdır. Bu zaman bütün şəhər səs-küylü bir yarmarkaya çevrilir - təşkilatçıların turistlərə təqdim etdiyi buz və ya işıq şousu, idman performansı, konsert və tamaşa kimi əyləncələri və s. Restoranlarda isə çoxsaylı xüsusi menyularla yanaşı master-klasslar, kulinariya yarışları təşkil edilir.


/home/getfile/37033

Dünyanın ən böyük və dəbdəbəli ticarət mərkəzləri


Qeyd edək ki, dünyanın ən böyük və dəbdəbəli ticarət mərkəzləri Dubayda yerləşir. Bu mərkəzlərdən birini bir günə gəzib bitirmək olmur. Mərkəzlərdə alış verişlə bərabər xizək sürmək, nəhəng akvariumları seyr etmək və s. əyləncələrdən istifadə etmək də mümkündür.

Əsas ticarət mərkəzləri bunlardır: Dubay Mall, Emirates Mall, "Əl-Barşa" Şəhər Mərkəzi, "Deira" Şəhər Mərkəzi, unikal dizaynı ilə seçilən İbn Battuta Mall. Hər bir mərkəzdə çox sayda mağazalar, yeməkxanalar və əyləncə mərkəzləri var.Hətta alış-veriş bələdçisi adlı peşə sahibləri festival zamanı ən tələb olunan insanlara çevrilir. Bir çox turistlər maraqlı heç nəyi qaçırmamaq, axtardığını tapmaq, bir sözlə uğurlu alış-veriş etmək üçün bu təcrübəli təlimatçılardan yararlanaraq ən aşağı qiymətlərlə satılan mağazaların yerlərini öyrənə bilirlər.

/home/getfile/37038

Dünyanın hər yerindən turist axını


Bir qayda olaraq, festival zamanı dünyanın hər tərəfindən bura turist axını var və bunu nəzərə alıb Sizə də Terra Travelin təqdim etdiyi Dubay turunu seçərək elə bu gün sifariş etməniz məsləhətdir.

Dubayda keçirilən “Şopinq Festival”ı yalnız ucuz qiymətə keyfiyyətli alışlar etmək üçün deyil, həm də ailə ilə əylənməyə əla bir fürsətdir.

Festivalda atəşfəşanlıq, konsertlər, moda nümayişləri və küçə nümayişləri hər tərəfi bürüyür. Təşkilatçılar festivalın ən kiçik ziyarətçilərini də unutmurlar, onlar üçün hər zövqdə əyləncələr təşkil edilir. Dubay “Şopinq Festival”ı qış turizmi üçün gözəl bir alətə çevrilərək öz unikal mühiti ilə yaddaşlarda qalır.
Bir aydan artıq sürən bu festivalda alış-veriş mərkəzləri və mağazalar koleksiyalarını 75 və hətta 90% -ə qədər böyük endirimlərlə satır.


/home/getfile/37035

Dubay “Şopinq Festivalı” haqqında əyləncəli biliklər


Festival, Dubayın zəngin mədəni irsinin möhtəşəm bir nümayişi ilə başlayır. Bu Festivalın açılış mərasiminin əsas özəlliyi, Dubay Körfəzi və Ticarət Körfəzindən Shindagha bölgəsinə qədər atəşfəşənlığın göy üzünü işıqlandırmasıdır.

İnanılmaz endirimlər və imkanlar təklif edən beynəlxalq pərakəndə satış mərkəzləri festival zamanı 50% -dən 90% -ə qədər böyük endirimlər təklif edir. Ən sevdiyiniz çeşidləri, ən uyğun qiymətlə alıb evinizə dönə biləcəksiniz.

Vergisiz alış-veriş: Dubayın dünya çapında ən çox üstünlük verilən alış-veriş mərkəzi halına gələn özəlliklərindən biri də vergisiz alış-veriş imkanıdır.

Cəlbedici turlar: Dubayda qənaətcil alış-veriş etmək üçün ən yaxşı yollardan biri turlara qoşulmaqdır. Bu paketlərə Dubayda qalmaq, şəhər turları, çöl səyahətləri və qayıq səfərləri daxildir. Siz cibinizə uyğun olan belə bir turu dərhal sifariş etməklə həm səyyahət edə, həm də festivaldan yararlana bilərsiniz.

Alış-verişdən başqa ilin bu vaxtı, isti yay günlərinə dönərək, sevdiyiniz və ilk dəfə yaşayacağınız (səhra səyahətləri, açıq dəniz balıqları və s.) unikal əyləncə növlərindən zövq ala bilərsiniz. Həmçinin, alıcılar arasında böyük uduşlar məsələn bahalı avtomobillər və digər uduşlu əyləncələr təşkil edilir.

Ödənişsiz müayinə (check-up) imkanları: Dubay “Şopinq Festivalı” həm də sağlamlıq problemlərini müayinə etmək üçün yaxşı bir fürsətdir. Festival boyunca müxtəlif xəstəliklərin aşkar
edilməsi və lazımi məsləhətlər almaq üçün pulsuz müayinələr təşkil olunur.





Loading