Səyahətin qızıl dövrü - Məxməri Payız


Günəşin zərif şüaları altında sakitcə günəşlənib, dalğaların sakit səsini dinləyə, növbə gözləmədən SPA salonuna və ya ekskursiyalara çıxa biləcəyiniz mübarək vaxt başladı. Səyahət üçün ən gözəl fəsil – məxməri payız.
Məxmər mövsümdə istirahətin üstünlükləri və mənfi cəhətləri:
Turist sıxlığı azalır;
Hava xoş olur: yandırıcı günəş olmasa da, su həmişəki kimi isti olur;
Çimərlikdə yer çox olur - gecə şoularına, muzeylərə giriş xeyli dərəcədə əl çatan olur;
Təyyarə reysləri nəzərəçarpacaq dərəcədə ucuzlaşır;
Otellərdə yerlər boşalır, ona görə də dəniz görnüşlü otaqları daha ucuz qiymətə bron etmək mümkündür;
Payız – meyvələrin bol olduğu fəsildir. Səyahətdə eqzotik meyvələrdən, tərəvəzlərdən zövq ala biləcəksiniz.
Çatışmazlıqlar;
Sentyabrda baxmayaraq ki, suyun hərarəti dəyişmir amma hava bir qədər küləkli və sərin olur;
Universitetlərdə və məktəblərdə dərslər başladığına görə uşaqlarınızla istirahət etmək mümkün olmuyacaq.


Dəniz mövsümü Türkiyədə may ayından başlayıb oktyabr ayına qədər davam edir. Əgər yayı orada olmusunuzsa, növbəti məzuniyyətiniz isə payızdadırsa sizin bəxtiniz gətirib demək olar. Qonşu dövlət Türkiyə, sentyabrda hətta oktyabrın əvvəlində də çimərlik mövsümü üçün idealdır.
İyun-avqust aylarında, turist axını nəticəsində dolmuş çimərliklər sizə özünüzlə tək qalmağa, istirahət etməyə imkan vermir. Bax elə, xəyal etdiyiniz sakit və romantik tətilin əsl vaxtıdır.

Məxmər mövsüm - sentyabrı əhatə edən payız mövsümü üçün şərti addır və hava ilə şanslı olsanız, hətta oktyabrı da əhatə edir.
Məxməri mövsüm hələ də isti dənizdir - Yayda dəniz o qədər qızır ki, su bəzən havadan daha isti görünür. Bundan əlavə, payızın üstünlüyü yandıran günəşin olmamasıdır. İsti payız şüaları altında günəşlənərkən artıq yaydakı kimi dəri üçün təhlükəli olan yanıqlarından qorxmursan.
Payız mövsümü, həzz almağı bacaranlar üçün sevimli tətil vaxtıdır. İş adamlarının məhz ilin bu fəslində səyahətə çıxması heç də təsadüfi deyil.

Payızda istirahət etmək iqtisadi baxımdan daha sərfəlidir - bu dövrdə otel qiymətləri ənənəvi olaraq enir. Müqayisə üçün qeyd edək ki, yayda 3 * - 4 * oteldə bir otaq üçün sərf etməli olduğunuz vəsaitə, payızda 5 * oteldə qala bilərsiniz.
Sentyabr ayında Türkiyənin kurortlarında hava praktik olaraq avqust ayından fərqlənmir. Gün ərzində havanın temperaturu 30°C-ə çatır. Gecələr termometr 20-25°C-dən aşağı düşmür. Bu dövrdə Türkiyədəki otellərdə kondisionersiz, pəncərəni açıb şəfalı dəniz havasından zövq ala bilərsiniz.

Oktyabr ayının ikinci yarısında Egey dənizinin sahillərində (Kuşadası, Marmaris, Bodrum) havalar sərinləşir və bu vaxt dənizdə üzmək başqa zövqdür. Türk Aralıq dənizində isə (Kemer, Antalya, Belek, Side, Alanya) ayın sonuna qədər istilərdən zövq ala bilərsiniz. Daha sonra yağışlar başlayır.

Beləliklə, məxmər mövsümü adlandırılan payızda istirahətin üstünlükləri çoxdur və yay istirahətindən heç də geri qalmır.
Bir sözlə, komfortlu, baha olmayan tətil sevənlər, istirahətlərini payızda Türkiyədə keçirməyi üstün tuturlar.

Loading