Zəngəzur Milli Parkı


Yaranma tarixi: 16 iyul 2003-cü il
Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)
Sahəsi: 42797,4 ha
Landşaftı: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqları
Rast gəlinən bitki növü: Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur. Bunlardan çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi, və s. 77 növ ali və nadir bitkilərdir
“Qırmızı kitab”a daxil olan növlər: Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəyi, ox ilanı
Təbii, tarixi, mədəni yerləri: Əlincə qalası, Gəmiqaya abidəsi
Rast gəlinən heyvan növləri: Bəbir, zolaqlı, kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toglugötürən, Xəzər uları, ağboğa bülbül, qırmızıqanad mərcimək quşu və s.
Milli Parkın iş vaxtları: 09:00 – 18:00


Milli Park ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir.
Zəngəzur Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o jümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi, turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000-3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır. Burada uçurumlu yamaclar, dar su ayrıcları var.

Zəngəzur Milli parkının ərazisinin çox hissəsi dağlıqdır. Ərazinin boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqları yayılmışdır.


Zəngəzur Milli parkının ərazisində suda-quruda yaşayanların 4 növü - Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa yayılmışdır
Milli parkda 217 növ və yarımnöv quşa (Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək və s.) rast gəlinir.




Zəngəzur Milli parkının ərazisinində 32 növ məməli (Aralıq dənizi nalburnu, cənub nalburnu, adi uzunqanadlı, oxlu kirpi, kəsəyən dağ siçancığı, bəbir, çöl pişiyi, manul pişiyi, qonur ayı, Qafqaz bezoar keçisi, muflon və s.) yayılmışdır. Yırtıcılardan canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, meşə pişiyinə rast gəlinir.



Naxçıvan suları üçün 16 növ balıq (Kür altağzı, Kür qumlaqçası, Arza xramulyası, Kür şirbiti, ilişkən, çəki, qızılxallı balıq, zərdəbər, Qafqaz gümüşçəsi və s) xasdır.

Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və yasaqlığın ərazisində mövcuddur.






Həftə sonunuzu Azərbaycanda gəzməli yerleri kəşf etməyə vaxt ayırmağa hazırsınız? Əmin olun, peşman olmayacaqsınız!


Loading