"Aman ovçu vurma məni" - Ceyranların vətəni sayılan Şirvan milli parkı.

Yaranma tarixi:


5 iyul 2003-cü il

Yerləşməsi: Kür-Araz ovalığı (Qarabağ, Salyan və Neftçala rayonları)
Sahəsi: 54,374,5 ha
Landşaftı: Yarımsəhra, çöl, düzən gölü, su – bataqlıq ərazisi, dəniz sahili
Rast gəlinən bitki növü: iydə ağacı, xəzər sarıbaşı (Kalidium caspicum), xəzər şahsevdisi (Halostachus caspica), kol çərən (Suaeda dendroides), qarağan (Salsla dendroides), şoviç yovşanı (Artemisia Szovitsiana), budaqlı qışotu (Petrosimonia brachiata), ətli şoranqə (Salsola crass), ətirli yovşanı (Artemisia fraqrans) və s.
“Qırmızı kitab”a daxil olan növlər: çeyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və s.
Təbii, tarixi, mədəni yerləri: Bəndovan dağı, Qızılqaz gölü, Yulgun piri, Bəndovan palçıq vulkanı
Rast gəlinən heyvan növləri: su-bataqlıq quşları, canavar, çaqqal, dovşan, ərəb dovşanı, ilanlar və s.
Milli Parkın iş vaxtları: 09:00 – 18:00


Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş ceyranları və ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.


Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.



Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi və duzlaq-çoğanlı, yarımsəhra bitkiləri və çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, efemerli, sahil qumlu və dəvəotlu bitki formasiyaları üstünlük təşkil edir. Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.
Şirvan Milli Parkının ərazisində 4 növ suda-quruda yaşayana - Suriya sarımsaqiyli qurbağasına, yaşlı quru qurbağasına, Kiçik Asiya ağac qurbağasına və göl qurbağasına rast gəlinir. Suriya sarımsaqiyli qurbağası Beynəlxaql Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmişdir.


Şirvan Milli Parkının heterofaunasını 17 növ sürünən (Aralıqdənizi və ya quru tısbağası, Xəzər tısbağası, bataqlıq və ya çay tısbağası, Xəzər gekkonu,koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zolaqlı kərtənkələ, suilanı, Zeytuni təlxə, qızılı təlxə, Qafqaz gürzəsi və s.) təşkil edir.

Quşların miqrasiya yollarında yerləşən Şirvan Milli Parkında 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasaən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördən, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləcəy ördək və digər növləri toplantılar əmələ gətirir.


Şirvan Milli Parkı Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.
Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adı sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir.

Şirvan Milli Parkının ərazisində respublikada yayılmış məməlilər sinfinə daxil olan əksər dəstələrin nümayəndələrinə rast gəlinir.


2010-cu ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər Əliyev Fondu, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 170 başdan çox ceyran Milli Parkın ərazisindən növün tarixən məskunlaşdığı digər ərazilərə, eləcə də 10 baş çeyran Gürcüstan Respublikasına (Saıca-Acınohur, Qobustan – Cəngiçay, eləcə də Abşeron, Ağgöl Milli parklarının ərazilərinə) köçürülmüşdür.


Turistlərin nəzəinə: Şirvan Milli Parkının ərazisində 6500 başdançox ceyran məskunlaşmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Heydər, Əliyev Fondu, İDEA İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) dəstəyi ilə “Nadir və nəsli kəsilmiş heyvan növlərinin reintroduksiyası” layihəsi şərçivəsində 170 başdan çox ceyran Milli Parkın ərazisindən növün tarixən məskunlaşdığı digər ərazilərə köçürülmüşdür.




Həftə sonunuzu Azərbaycanda gəzməli yerleri kəşf etməyə vaxt ayırmağa hazırsınız? Əmin olun, peşman olmayacaqsınız!



Loading