Zümrüd meşəli, dupduru çeşməli, ömrü nəşəli XAL-XAL


Oğuz eli – Bura Azərbaycanın Qafqaz sıra dağlarının qoynunda yerləşən dilbər guşəsidir. Təbiəti, şəlaləsi, yeraltı suları, bulaqları, yam-yaşıl meşələri, yol kənarı ilə uzanan səhmanlı bağları, bir-birinə oxşayan, ancaq hamısı bir-birindən fərqlənən evlərinin yerləşdiyi kəndləri…

Zümrüd meşələri, yaşıl yamacları, suyu diş göynədən buz bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40 – dan artıq dərman bitkisinin vətəni, qırqovullu, marallı, cüyürlü, dağ keçili faunası ilə hamını heyran qoyan Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır. Burada insanlar lap qədimdən yaşayır. Azərbaycanımızın yaşayış məskənləri arasında 12-ci yeri məhz OĞUZ ELİMİZ tutur.


Oğuz ruhumuza yaxın adı daşıdığı və gözəl təbiəti olduğu üçün hər kəsə doğmadır. İnsanlar əyalətlər arasında seçim edəndə heç zaman Oğuzu kənarda qoymurlar. Çünki Oğuz hər kəsin qəlbində xal-xaldır, çünki Oğuzun qəlbi XAL-XALdır.

Xal-Xal… Bu dağların, meşələrin, daşların sanki bir cüt gözü var. O gözdən yaş axır, insanın qəlbini Xal-xal edir. Sonra göz yaşı çoxalıb şəlaləyə çevrilir. Amma xallar qalır. Şəlalə, xallı şəlalə, Xal-Xal şəlaləyə çevrilir.

Xal-Xal şəlaləsi Oğuz rayonunun Xalxal kənd ərazisində yerləşir. Kənd rayon mərkəzindən 15 km şimal-şərqdə, dəniz səviyyəsindən 810 metr yüksəklikdədir.
Xalxallılar Azərbaycan xalqının soykökündə duran tayfalardan biri olub. Məsələn, Qafqaz Albaniyasının (Azərbaycan) ən böyük şəhərlərindən biri Xalxal şəhəri olub. Cənubi Azərbaycanın (İran) vilayətlərindən birinin adı Xalxaldır. Naxçıvan MR-da Xalxal meşəsi, Babək rayonunda Xalxal kəndinin və s. kimi faktların olması bunu sübut edir.

Yerli turistlərin sevə-sevə getdiyi Xal-Xal şəlaləsi çox hündür olmasa da bol suludur. Hündürlükdən tökülən buz kimi suyun şırıltısı hər kəsi heyran edir. Şəlalənin töküldüyü ərazidə yaranmış süni göldə saxlanılan qızıl balıq isə turistlərə xüsusi zövq verir. Onlar həm balıqların hərəkətlərini izləyə, həm onları yemləyə, həm də tilov götürüb tuta bilirlər. Bu yerdə “Qızıl balığın rəvayəti” yada düşür. Görəsən tilova düşən qızıl balıq hansı arzunu reallaşdırmaq üçün yenidən dəryaya qərq edilir?

Xal-Xala gəlin. Elə bilməyin ki, bizim Oğuz elinin xal-xallı meşəsi, şəlaləsi, dağı, daşı Sizi rahatlığınızdan, isti yatağınızdan məhrum edəcək. Xal-Xal şəlaləsi turistlərin sevimli istirahət yeri olduğundan bu ərazidə kifayət qədər otel və restoran var. Yayın isti günlərində su səsinin ahənginə qovuşmuş bu sərin məkan istirahət üçün əvəzolunmazdır.



zədələnməsi mümkündüretdiyiniz ərazidə avtomobilinizin təkərlərinin Şəlalənin yaxınlığına getmək üçün xüsusi nəqliyyata ehtiyac yoxdur. Yollar nisbətən dar və əyri-üyrü olsa da hamar asfalt örtüyünə malikdir. Yəni çox rahatlıqla öz şəxsi avtomobilinizlə şəlalənin yaxınlığına qədər gedə bilərsiniz. Maşınınızı isə daşlı çınqıllı bir ərazidə, neçə saat saxlamağınızdan aslı olmayaraq cəmi bir manat saxlama haqqı ödəyəcəksiniz. Amma avtomobilinizin ehtiyyat təkəri olmadan əraziyə getməyiniz məsləhət deyil. Çünki elə park



Loading