Alma almaya bənzər, Quba isə heç yerə bənzəməz.


/home/getfile/31830

Quba

Başı qarlı, sinəsi yaşıl ormanlı, çayları sulu, bağları meyvəli, düzənləri, tarlaları çörəkli, qonaqların daim diqqətini cəlb edən gözəl və füsunkar təbiətə malik Quba. Qubanın relyefi zəngin və bənzərsizdir. Bu yerlərə qədəm basan hər səyyah öz qəlbində Quba torpağına Quba qonaqpərvərliyinə heyrətamiz bir vurğunluq daşıyır.

Bakıdan 168 km məsafədə, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.

Qubanın qədim tarixi, ucu-bucağı görünməyən sıx meşələri, şəlalələri, nağıllar aləmini xatırladan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndi bura səyahət edənlərin sayını artırır. Qubanı dünyada məşhur edən alma bağları, qədim xalçaçılıq sənəti, bir də əlbəttə ki, tariximizin qanlı səhifəsini əks etdirən, 1918-ci il soyqırım qurbanlarının məzarlığı turistlərin diqqətini daha çox cəlb edir.

Rayonda yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı Qəsəbə adlanan məkan da diqqəti cəlb edir.

/home/getfile/31829

Rayonun əsrarəngiz, gözəl təbiət mənzərələri ilə yanaşı məşhur və dadlı yeməkləri də turistləri heyran edir. Təbiət qoynunda istirahət etməyi üstün tutan qonaqları qubalı ustaların bişirdiyi tikə və lülə kabablar, quzu ətindən buğlama, mal ətindən qızartma, quş ətindən qovurma daha çox cəlb edir. Bütün bunlardan sonra müxtəlif dağ otlarından dəmlənmiş çayın yanında Qubanın məşhur paxlavası lap yerinə düşür.

/home/getfile/31869

Qubada mütləq görməli olduğunuz yerlər

Qəçrəş

Qubada Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacında turistlərin ən sevimli məkanı Qəçrəş kəndi yerləşir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülmüşdür. Bitki aləmi ilə zəngin olan kəntdə çoxlu sayda təbii bulaqlar var. Yam yaşıl meşələrindədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlarada sıx sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.


/home/getfile/31837

Təngaltı

Qeyri-adi təbiət gözəllikləri ilə hər kəsi valeh edən Quba rayonunun Təngaltı kəndi də istirahət üçün möhtəşəm bir məkandır. Kəndin yerləşdiyi təbii zona turistlərin diqqətini çəkir. Kəndin iqlimi, ordan bitən bitkilər tam olaraq digər kəntlərdən fərqlənir. Yaşıllıqlar və qayalıqların birləşdiyi kənd çox ecazkar görünür.


/home/getfile/31835

Xınalıq kəndi

Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.
Kənd Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdədir.
Kəndin orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir. Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.
Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir.
Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır.
Kəntdə xalq sənətkarlığı inkişaf etmişdir. Turistlərin diqqətini çəkən kəndin qədimiliyidir və yeganə kəndir ki, əhalinin özünəməxsus dili və mədəniyyəti var.

/home/getfile/31832

Qırız kəndi

Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Quba rayonunun gəzməli-görməli yerlərindəndir. Bu ucqar dağ kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.
Kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs yerlər var. Digər dağ kəndlərinə (Qrızdəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindi.

Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var


/home/getfile/31910

Qubanın təbiət gözəli Afurca şəlaləsi

Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 75 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.
Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Dağdan tökülən ağappaq şəlalənin gözəlliyinə tamaşa etmək və onun ətrafında dincəlmək üçün meşədən keçən 200 metr yolu qət etmək lazımdır.
Şimal bölgəsinin ən məşhur şəlaləsi olan Afurca Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Hər gün təbiətin bu gözəlliyinə tamaşa etmək üçün çox sayda yerli və xarici turistlər gəlir.


/home/getfile/31831


Qubanın tarixi və memarlıq abidələri

Memarlıq Abidəsi Yaranma tarixi Necə getməli?
Qudyalçay üzərindəki Tağlı körpü 1851-1854-cü illər
Xınalıq trix-etnoqrafiya muzeyi 2001-ci il https://goo.gl/maps/fyRcjkh3qzwHg1316
Xınalıq kəndində "Bürc piri" VII əsr
Xınalıq kəndində Atəşpərəstlər məbədi IX əsr
Ağbil kəndində türbələr XVI əsr
Alpan kəndində Subaba türbəsi XVI əsr
Birinci Nügədi kəndində məscid və minarə IX
Səkinəxanım məscidi XVII-XIX əsrlər https://goo.gl/maps/AytQrPGVw433pEYR9
Hacı Cəfər məscidi XIX əsrlər
Cümə məscidi 1802-ci il
Rustov kəndində "Əlamu" qalası XIX əsrin əvəlləri

/home/getfile/31864

İqlimi

Yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur:

  • yanvarda −4 °C-dən +1°C-dək

  • iyulda +2 °C-dən +24 °C-dəkdir.

İllik yağıntı 300-1500 mm-dir.

İstirahət mərkəzləri


Loading