Quba Cənnət Bağı Hotel

1 nəfər AZN90

Təsvir

Quba Cənnət Bağı !!! 1 gecə 2 gün



Cənnət Bağı» şirkətlər qrupunun istirahət mərkəzlərindən biri Azərbaycanın füsunkar təbiətə malik olan Quba rayonunun ərazisində yerləşir. Bu zonaya istirahətə, səyahətə, gəzintiyə gələnlər Böyük Qafqazın şimali şərqinin ən gözəl bir hissəsini real həyatda görəcəklər. Mavi səma ilə birləşən qarlı zirvələr, minerallarla zəngin şəffaf bulaqlar, coşqun dağ çayları, bir sözlə əsrarəngiz təbiətin ünvanı olan Quba “Cənnət Bağı” istirahət mərkəzi Sizi maraqlı istirahətə dəvət edir.
Quba “Cənnət Bağı” istirahət mərkəzinin restoranı ənənəvi milli və seçmə Avropa xörəklərini, ədviyyatlı şərq təamlarını təqdim edən özəl mətbəxi Sizin xidmətinizdədir.
Təbiətdən gələn sağlamlığın yerini heç bir süni məhsul və dərman verməz deyirsinizsə bizim istirahət məkanımızın mətbəxi məhz Sizin üçündür. İstirahət mərkəzimizin heyvandarlıq və quşçuluq təsərrüfatının fəaliyyəti nəticəsində restoran ət, toyuq, yumurta, süd məhsullarından: yağ, pendir, qatıq, süzmə, şor və s. ilə təchiz edilir. Bununla hər şey bitmir. Meyvələrdən: alma, armud, gavalı, albalı, böyürtkən, yabanı bitkilərdən: əvəlik, çaşır, yarpız, nanə, kəklikotu da məhz burada yetişdirilir. Və ən önəmlisi sizə mətbəximizdə təqdim edilən ətirli və dadlı lavaş, təndir, kürə çörəyi də məhz istirahət mərkəzimizdə bişirilir.
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Qidalanma (səhər yeməyi);
  • Spa,sauna,türk hamamı,fitnes,velosiped,
  • Futbol və voleybol meydançaları,
  • Qapalı hovuz,

Qeyd:
  • Qeyd: Qiymət 2 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading