Dünyanın ən ucuz alış-veriş şəhərləri...


Səyahət etmək bir çoxları üçün böyük zövqdür. Alış-veriş isə çoxlarımızın imtina edə bilmədiyi hobbimizdir. Bəs siz həm səyahəti, həm alış-verişi bir araya gətirsək, səyahət edəcəyiniz sevimli şəhərlərdə bolluca alış-veriş edə bilmək imkanınız olsa və üstəlik həm də bu alış-veriş Sizə çox uyğun qiymətə başa gələrsə...?
Buyurun, bu da dünyanın ən ucuz alış-veriş şəhərləri...


Tokio Sizə biraz bahalı şəhər kimi gələ bilər. Amma mövzu alış-veriş olanda Tokio çox anlayışlı olur. Dünyanın ən böyük alış-veriş nöqtələrindən olan Tokio, Globe Shopper City İndeksinə görə Asiyanın ən ucuz dördüncü şəhəridir. Modanın nəbzini tutan şəhərdə, siz alış-verişin dadını çıxara biləcəksiniz. Tokioda alış-verişin ən yaxşı ünvanı Ameyoko Arcadedir. Burada saya bilməyəcəyiniz qədər çox mağaza var. Sevdikləriniz üçün hədiyyə seçimini isə Hasegawa bölgəsindən edin. Çeşidli bijuteriya və hədiyyəlik əşyalar burada çox ucuz və çox gözəldir.


Tacmahal

Bangkok


Son illərdə turizm bölgəsi kimi sürətlə inkişaf edən Bangkokda gözəl tətil və uyğun alış-verişi bir arada yaşaya bilərsiniz. Şəhər xüsusilə texnologiya markalarının istehsal yeri olduğu üçün texnoloji məhsulları, həmçinin keyfiyyəti ilə diqqəti cəlb edən tekstil məhsullarını da çox ucuz qiymətə ala bilərsiniz. Bangkokda alış-verişin ən yaxşı ünvanı Weekend Market və gecə bazarlarıdır.

Tacmahal
Nyu-York

Əslində Amerika haqqında yayılan bir düşüncə var: Amerika bir alış-veriş cənnətidir. Biz çeşitliliyin ən bol olduğu yer - Nyu-Yorkdan danışacağıq. Dünyanın ən məşhur texnoloji, tekstil, kosmetik markalarına ev sahibliyi edən ölkənin ticarət küçələrini gəzən zaman özünüzü itirəcəksiniz. Xüsusilə orijinal elektron mallar baxımından dünyanın iqtisadi mərkəzi olan bu şəhər, kosmetik və tekstil alış-verişlərində də üzünüzü güldürəcək. Özünüzə ilk olaraq çamadan alın, çünki Nyu-Yorkda alış verişə dayan deməyəcəksiz. Çamadan isə Amerikada ən ucuz şeydir!

Tacmahal

Vyetnam


İdmanla məşqul olmağı və idman paltarlarını sevirsinizsə Vyetnam tam sizə görədir.
Dünyanın ən məşhur idman markalarının istehsal olunduğu və ixrac edildiyi Vyetnamda qaçış ayaqqabıları olan krasovkalar, açıq havada düşərgə vəsaitləri, ən keyfiyyətli idman çantaları ala bilərsiniz. Həmçinin, burda bambuk və keramikadan hazırlanan məhsullar da ucuz tapmaq mümkündür.

Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"

Loading