DÜNYANIN 10 ƏN QEYRİ-ADİ BİNASI


Tacmahal

Rəqs edən ev (Praqa, Çexiya)


Bu ofis binası 1990-cı illərin ortalarında tikilib, o vaxtdan Çexiya paytaxtının ən populyar binası sayılır. Dekonstruktivizm üslubunda olan kompleks memarlar Vlado Miluniç və Frenk Qeri tərəfindən icad edilib. Ev sanki rəqs edən cütlüyü əks etdirən iki silindrik qüllədən ibarətdir. Hollivud ulduzları Cincer Rocers və Fred Aster ən məşhur xoreoqrafik duet sayıldığına görə, bina zarafatsayağı “Cincer və Fred” adı alıb. Bu dinamik və cəsarətli tikili elə görünür ki, az qala indi rəqs etməyə başlayacaq.

Tacmahal

Kubik evlər (Rotterdam, Niderland)


1970-ci illərdə Pit Blom sonradan Helmondda tikilən iki ev icad edib. Zaman keçdikdə memardan Rotterdam üçün maraqlı bir şey yaratmağı xahiş ediblər və maestro öz ideyasını ikinci dəfə istifadə etmək qərarına gəlib. Konsepsiyaya uyğun olaraq, hər bir tikili özündə abstrakt ağacı əks etdirir və, beləliklə, bütöv kompleks sanki bir meşədir. Binanın alt səviyyəsi – yaşayış zonasıdır, ortada yataq otağı və hamam yerləşir, üst qatı əlavə yataq və qonaq otaqları kimi istifadə olunur.

Tacmahal

“Hang Nga” mehmanxanası (Dalat, Vyetnam)


1990-cı ildə əsası qoyulmuş bu təəccüb doğuran otel bütün ənənəvi memarlıq standartlarından uzaqdır və nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, otelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı “dəlilər evi”, “ağacda koma” və ya “hörümçək daxması” adlandırır. Otelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır.

Tacmahal

“Əyri ev” (Sopot, Polşa)


Binanın tikintisi 2003-cü ilin dekabrında başa çatıb. Memarlar Polşa rəssamı Yan Martin Şantser və İsveç rəssamı Per Dalberqindir. Evi seyr edəndə düşünürsən ki, bu ev bir vaxtlar “normal” olub, sonradan isə “əriməyə” başlayıb. Başqa sözlə, tikili real binadan daha çox sürrealist fantaziyasını xatırladır. “Əyri evi” axşamlar evin içindəki işıqlar yanananda seyr etmək daha maraqlıdır.

Tacmahal

“Meşə spiralı” (Darmştadt, Almaniya)


1998-2000-ci illərdə tikilən 12 mərtəbəli ev 105 mənzildən ibarətdir .. Binanaın tavanında fıstıq, ağcaqayın və cökə ağaclarının bitdiyi bağ salınıb və ətrafa gözəl mənzərəsi açılan restoran da var. Sanki həyəti bürüyən bu binanın memarı avstriyalı Fridensrayx Hundertvasserdir. O, “qeyri-adi” xəttlərin və dizaynda təbii formaların istifadəsinin ustası sayılır. Müsahibələrindən birində o etiraf edib ki, düz xəttləri “şeytan aləti” hesab edir. Təəssüf ki, memar 2000-ci ilin fevralında – tikintinin başa çatmasına bir neçə ay qalmış vəfat edib.

Tacmahal

Torre Qalateya Fiqeras və ya Dali Muzeyi (Fiqeras, İspaniya)


Yəqin ki, bu dünyanın ən tanınmış qeyri-adi binalarından biridir. Sürrealistik kompleksin dizaynı ilə rəssam Salvador Dali məşğul olub. Tikilinin ən əsas xüsusiyyəti yumurtalardır: məhz onları maestro həyatın rəmzi hesab edib və məhz onların iri surətini tikilinin bütöv perimetri üzrə quraşdırıb. Evin özünə gəldikdə isə, ilk olaraq orada 19-cu əsrin ortalarında inşa edilmiş şəhər teatrı yerləşib. Dali Muzeyi isə 1974-cü ildə açılıb və o vaxtdan Kataloniyanı ziyarət edən əksər turistlərin ekskursiya proqramına daxildir.


Tacmahal

Ferdinan Şevalın sarayı və ya İdeal saray (Otriv, Fransa)


Bu təəccüblü kompleks cəmi bir insan tərəfindən tikilib – özü də memar deyil, adi poçtalyon tərəfindən. Bu Ferdinan Şevaldır. Öz qəribə törəməsinə o 33 il sərf edib (1879-1912). Müəllifin fikrincə, o arzusu və iradəsinin gücü hesabına layihəsini gerçəkləşdirə bilib. Şeval İncil və İnduist motivlərindən ilham alıb: sarayın həyətində müxtəlif ilahilərin, zəvvarların və məbədlərin heykəllərini görmək mümkündür. Bundan əlavə, bina qullə və fəvvarələrlə bəzədilib. Kompleks tam haqqı ilə sadəlövh memarlığın nümunəsi sayılır.

Tacmahal

Ev-səbət (Nyuark, Ohayo ştatı, ABŞ)


1997-ci ildə yaradılmış bu binada “Longaberger” inşaat şirkətinin ofisi yerləşir. Bir çox mütəxəssislər firmanın sahibi Deyv Lonqabergeri bu cür əcaib layihəni həyata keçirməkdən daşındırmağa çalışırdılar, ancaq iş adamı öz sözündə durub. Nəticədə Nyuarkda 30 milyon ABŞ dolları dəyərində nəhəng bir səbət ərsəyə gəlib. Yeddi mərtəbəli binanın ümumi sahəsi 16,7 min kvadrat metrdir.

Tacmahal

Mərkəzi kitabxana (Kanzas-Siti,ABŞ)


Bina ideal şəkildə daxilində olduğunu əks etdirir: söhbət kitabxanadan getdiyi üçün tikilinin fasadlarından biri kitab rəfi formasında yaradılıb. Kompleks üçün ədəbi əsərlərin adlarını şəhər sakinləri özləri seçiblər. Nəticədə binanın divarında Con Tolkinin “Üzüklər hökmdarı” və Uilyam Şekspirin “Romeo və Culyetta” kitablarının iri “qabıqlarını” seyr etmək mümkündür. Nəhəng kitab rəfi 2006-cı ildə tikilmiş kitabxana qarajının darıxdırıcı divarını “örtür”.

Tacmahal

“Tianzi” oteli (Lanfan, Heybey əyaləti, Çin)


Unikal on mərtəbəli mehmanxana Çinin ulduz qocalarını əks etdirən üç fiqurdan ibarətdir. Mərkəzdə Fu, sağda Li, solda isə Şoudur. Bunlar xoşbəxtlik, firəvanlıq və uzunömürlük mənası verən fen-şuyun əsas talismanlarıdır. Otel 2000-2001-ci illərdə tikilib və dərhal ən böyük bina-heykəl kimi Ginessin Rekordlar Kitabına düşüb. Tikilinin hündürlüyü 41,6 m təşkil edir. Otelin pencərələri isə ulduz qocaların naxışlı geyimləri altında “gizlədilib”. Otelə giriş iki yerdən – sağ və sol tərəflərdəndir.

Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"

Loading