Cibinizə münasib turizm məkanı - BOSNİYA VƏ HERSEQOVİNA





Bosniya və Herseqovinanın hər daşından, torpağından, küçələrindən Osmanlı tarixinin qoxusu gəlir desək yanılmarıq.
Bu turizm məkanı biz azərbaycanlıların cibinə münasib ölkələr siyahısındadır. Odur ki, sizə Bosniya və Herseqovinanın gəzib görməli yerlərini təqdim edirik.

Tacmahal

Mostar körpüsü


Bosniya və Herseqovinanın simvolu Mostar körpüsüdür. 24 metr hündürlüyü olan bu körpünün çox maraqlı hekayəsi var. Bir vaxtlar evlənmək istəyən gənclər cəsarətli olduqlarını sübut etmək üçün bu körpüdən özlərini atırmışlar. Bu ənənə zamanla bir qədər dəyişsə də hazırda yenə qüvvədədir. Körpünün ətrafında tarixi əşyalar və hədiyyəlik əl işləri satılan kiçik mağazalar var. Koski Mehmet Paşa Məscidi, Saat qülləsi də körpünün yaxınlığındadır.

Tacmahal

Baş bazar


Baş bazar paytaxt Sarayevonun ən görməli yerlərindən biridir. Bütün gözəl turistik məkanlar da Baş bazardadır. Burada İstanbulun Qapalıçarşısına bənzədilən Qazi Husrev adına bazar, muzey və məscid mövcuddur. Sarayevonun digər simvolu Sebil adlanan yerdir ki, “burdan su içənin Bosniya və Herseqovinaya bir daha yolu düşər”, deyirlər. Bol mağazaların olduğu Mula Mustafe küçəsi ilə gəzəndə isə Sönməyən atəş abidəsinə rast gələ bilərsiniz.

Tacmahal

Sarayevo kilsəsi


Kilsə 1884-cü ildə neoqotik üslübda tikilib. Kilsənin ikinci adı İsanın böyük ürəyidir. Xarici görünüşü ilə diqqət çəkən başqa bir bina isə Sarayevo Milli Kitabxanasıdır. Kitabxanadan məşhur Latinska körpüsünə piyada gedə bilərsiniz.

Tacmahal

İnadkar Kuca evi


Avstriya-Macarıstan İmperatorluğu Sarayevonu işğal etdikdən sonra çayın kənarına görkəmli bir bələdiyyə binası tikdirmək istəyib. Ancaq sözün əsl mənasında inadkar olan Benderija adlı biri “burda mənim evim var”, deyərək binanın tikilməsinə icazə verməyib. Uzun müzakirələrdən və get-gəllərdən sonra Benderija bir şərtlə binanın tikilməsinə razı olub ki, evinin eynisindən çayın qarşı tərəfində inşa olunsun. Şərt qəbul olunub və evin tamamilə eynisindən çayın qarşı tərəfində tikiblər. Həmin ev indi də bosniyalıların inadkarlığını təmsil edir.

Blagaj qəsəbəsi


Blagaj qəsəbəsi Bosniya və Herseqovinanın ən məşhur qəsəbələrindən biridir. Buranı məşhur edən isə dərvişlərin ayin icra etmələri üçün Buna çayının üzərində tikilən Blagaj təkyəsi və ya Alpərənlər təkyəsidir. 1520-ci ildə inşa edilən bu tikililər Bosniyanın sürətlə müsəlmanlığı qəbul etməsində önəmli rol oynayıb.
Sarayevoda gəzməli məkanlar bir-birinə çox yaxındır. Ona görə də bura ayaqla gəzə biləcəyiniz şəhərlər siyahısındadır. Sebil adlanan yerdən 10 dəqiqə yuxarıya doğru yeriyəndə müsəlman məzarlığı yaxınlığında Yellow Basiton deyilən bir divar görəcəksiniz. Burdan baxsanız Sarayevonun bütün gözəlliyini görə biləcəksiniz.

Terra Travel - Dünyanı bizimlə kəşf edin!








Loading