Türkiyənin ən yaxşı 15 çimərliyi

Əlbəttə yayda istirahətimiz üçün ən önəmli şey dəniz, qum və günəş triosudur. Ona görə də hər kəsin öz istəyinə uyğun gələn tətil təyinatını müəyyənləşdirməsi çox vacibdir. Məsələn, dəniz suyunun isti yoxsa, soyuq olmasını istərdiniz? Bəlkə, yalnız günəşlənmək və üzmək istəyirsiniz, və ya su idmanları ilə də maraqlanırsınız və s.?

Türkiyənin ən gözəl çimərliklərini sizə təqdim edirik.

#1 Kaputaş çimərliyi – Kalkan

Mavi suyu ilə məşhur olan Kaputaş çimərliyi Türkiyənin və dünyanın ən gözəl çimərliklərindən biri sayılır. Adətən Kalkandan Kaşa gedənlər, sahil boyu hərəkət edərkən bu çimərliyi təsadüfən tapır. Yanında çimərlik geyimi olan şanslı insanlar 200 pilləni enərək dərhal özünü dənizə atır. "Dünyanın ən gözəl çimərliyi" siyahısına düşən, turistlərin Kaşa gedərkən kəşf etdikləri bu çimərlik yay boyu turistlə dolub daşır. Çimərliyin kiçik çınqıl daşlarla qarışmış qumu və buz kimi suyu var. Soyuq yeraltı sular qayaların altından dənizə tökülür. Mavi rəngli, təmiz dalğalar sizi cəlb etsə də, əgər isti su sevirsinizsə bu soyuğa dayana bilməyəcəksiniz.
Çimərlikdə daha uzun müddət qalmağı planlaşdırırsınızsa, sahildəki obyektlərdən istifadə edə və ya özünüzlə çətir və piknik səbəti götürə bilərsiniz.

En güzel plajlar - Kaputaş

Mavi rəngin həzzini duymaq

#2 İztuzu çimərliyi– Dalyan

Gözəlliyi dəfələrlə təsdiqlənən İztuzu çimərliyi, Aralıq dənizinin ən gözəl çimərliklərindən biridir. Adı çəkilən çimərlik “The Times”a görə dünyanın ən gözəl açıq sahəsi, “The Independent”-ə görə isə dünyanın ən yaxşı 10 çimərliyindən biridir. Sadəcə qəzetlər deyil, “Trip Advisor” tərəfindən də İztuzu çimərliyi dünyanın ən yaxşı 7 çimərliyindən biri olaraq göstərilir.
Bəs dünyanın ən gözəl çimərliyi olaraq seçilən “İztuzu”nun özəlliyi nədir?
Şirin su ilə dəniz suyunun tam ortasında dar amma uzun bir çimərlik düşünün. Bir tərəfi, adından da göründüyü kimi duzlu Ağdəniz suyu, digər tərəfi isə şirin su. Qumsalda isə carettalar (dəniz tısbağaları) gəzişir ki, onları narahat etməmək üçün çimərliyə axşam saat 20:00-dan sonra giriş qadağandır. Burada çoxlu restoran, kafe görə bilməyəcəksiniz, amma yardıma ehtiyacı olan tısbağalar üçün balaca bir klinika var. Axı nə də olsa bura bizim deyil, onların məskənidir.

En güzel plajlar - iztuzu

Carettaların (dəniz tısbağası) seçimi!

#3 Ovabükü – Datça

Ovabükü, Datçanın ən sevilən körfəzlərindən biridir. “The Guardian” tərəfindən Türkiyənin ən gözəl körfəzi seçilsə də çox məşhur deyil. Səbəb olaraq Datça yollarının bir az çətin olduğu düşünülür. Ovabükü ətrafında kiçik pansiyonatlar və yeməkxanalar olan Masudiye kəndinin ətrafında yerləşir. Klassik istirahət zonalarından, insanlarla dolu çimərliklərdən sıxılanlar üçün, kənd həyatı və sakit bir çimərlik yaxşı bir alternativ ola bilər. Ovabükü, kənd həyatını yaşamaq və təbii bir çimərlikdə üzmək istəyənlər üçün doğru seçimdir. Lakin unutmayın, çimərlik qumlu deyil, çınqıllıdır. Əgər nəqliyyatın bir az problemli olduğunu nəzərə almasanız sakit və mas-mavi dənizdə rahatca istirahət yolunuzu gözləyir.

En güzel plajlar - ovabükü

Kənd həyatı və mavi dəniz

#4 Kelebekler Vadisi – Fethiye

350 metr qayalıqlarla əhatə olunan Kelebeklər Vadisi Fethiye - Ölüdəniz bölgəsində yerləşir. Vadin yüksək qayalıqlarla əhatə edildiyi üçün buraya yalnız dəniz nəqliyyatı ilə gəlmək mümkündür. Ancaq dənizdən iplə dağa dırmanmaq olar. Turistlər bir günlük gəmiylə gəlib dənizin zövqünü yaşadıqdan sonra axşam da geri qayıda bilirlər, amma Vadidə ağac evlərdə və çadırlarda da qalmaq imkanı var.
Kəpənəklər Vadisinə gedənlər burada vaxtın dayandığını söyləyir. Çünki buraya gəldikdə, xarici dünya ilə olan əlaqə tamamilə itir. Bitki örtüyünün və 100-dən çox kəpənək növünün yaşadığı son dərəcə qeyri adi olan bu məkan həm də botaniklərin araşdırmalar apardığı bir yerdir. Vadidə dalğıc məktəbi, balıqçı sığınacaqları, həmçinin mətbəx, kənd təsərrüfatı, yoqa, şəxsi inkşaf, meditasiya kimi müxtəlif fəaliyyətlər təşkil edilir. Bir sözlə xarici aləmdən uzaqlaşmaq, özünüzə və hobbilərinizə vaxt ayırmaq, təbiətdən zövq almaq istəyirsinizsə Kelebekler Vadisini seçin.

En güzel plajlar - kelebekler vadisi

Torpaqdan əldə edilə bilməyən gizli vadi

#5 Ölüdəniz – Fethiye

Gözəlliyi ilə dillərə dastan olan Ölüdənizin əvəzolunmazlığı dəfələrlə təsdiq olunub. Almaniyanın Bild qəzetinin 2006-cı ildə "dünyanın ən gözəl çimərliyi" sorğusunda 82 faiz səs toplayıb bu çimərlik. Çimərliyin əsas özəlliyindən biri balıqqulağı formasında olmasıdır. Kənardan tamamilə qapalı göl kimi görünür. Suyun dayanıqlı və sakit olmasına baxmayaraq, suyun altındakı dövriyyə (sirkulyasiya) böyükdur, həmçinin suyun səviyyəsinin hər 2-3 gündən bir qalxıb, düşdüyü üçün şəfaf və təmizdir. Ölüdəniz mavi bayraqlı çimərlikləri, dalğaları və isti suları sevənlər üçün yaxşı seçimdir.
Fethiyədən 15 km uzaqdakı Ölüdənizin həm quru, həm də dənizə nəqliyyat yolu var. Bundan əlavə, buradan Kəpənək Vadisi, Göcek, 12 adalar, Gemiler Koyu, Karacaören, Aya Nikola adası kimi bir çox yerlərə getmək mümkündür. Bir istirahət zonasına bağlı qalmaq istəməyənlər üçün Ölüdəniz yaxşı bir istinad nöqtəsi ola bilər.
Ölüdəniz illərdir populyarlığını qoruyur, May-oktyabr ayları aralığında yaxınlıqdakı yataqxanalarda və pansionatlarda boş yer tapmaq mümkün deyil. Əgər burda istirahət etmək istəyirsinizsə sifarişlərinizi xeyli əvvəl etməlisiniz.

En güzel plajlar - ölüdeniz

Mavi bayraqların dalgalandığı sahil

#6 İlıca Çimərliyi– Çeşmə

İncə qumu, təmiz və dayaz suyu ilə könülləri fəth edən bir çimərlik Çeşmə İlıca cimərliyidir. Çeşməyə ildən ilə artan insan axınının olmasının əsas səbəbi gözəliyini qoruyub saxlaması ilə yanaşı, İlıcanın isti dənizidir. Suyun isti olmasının səbəbi isə suyun içində isti qaynamaların olmasıdır. Elə dənizin adı da burdan gəlir. Suyu çox təmiz və aydın olan bu çimərlikdə dənizin içərisinə doğru 15-20 metr addımlasanız da suyun səviyyəsi ancaq belinizə qədər artacaq. Suyunun həm sakit, həm şəffaf, həm də isti olması ilə bu çimərlik sizə cəlbedici təsir bağışladısa, demək ki, istirahət etmək üçün bu ünvanı seçə bilərsiniz. İlıcada təşkil olunan gəmi səfərləri ilə müxtəlif kəndlərə getmək də mümkündür. İzmirdən 1 saat uzaqlıqda yerləşən Çeşme İlıcaya həm quru, həm də hava yolu ilə gedə bilərsiniz.

Ilıca Plajı

Hovuz kimi dəniz

#7 Sarımsaklı çimərliyi– Ayvalık

Sərin sulu çimərliklərdən biri də Ayvalık çimərliyidir. Balıkəsirdə Ayvalık bölgəsində olan Sarımsaklı çimərliyi, Egenin ən gözəl çimərliklərindən biridir. Dəniz suları sərin, həmçinin təmiz olduğundan, bir az dözməyə dəyər! Sahil boyunca restoran və otellərin olması bu bölgəyə hərəkətlilik qatır. Çimərlikdə, qarğıdalı, dondurma satıcıları əksik olmur. Sahildəki satıcılardan başqa dondurma ilə dolu olan qayıqlarla suyun üzərində dondurma satan satıcılar da var. Bir sözlə Sarımsaklı çimərliyini yemək və içmək imkanları baxımından zəngin bir çimərlik adlandırmaq yalan olmazdı. İyul və avqust aylarında belə çox istilər olmasına baxmayaraq suyun hərarəti artmır. Sarımsaklı, təmiz sulu və gözəl qumlu ən yaxşı çimərlikdir.

sarımsaklı

Sərin sularda üzmək üçün

#8 Patara çimərliyi– Kaş

Antalyanın Kaş mahalının antik şəhəri olan Pataranın 18 km uzunluğunda olan ən gözəl çimərliklərdən biridir. Bölgədəki ən uzun və ən böyük çimərlik olan Patara çimərliyinin gözəl qumu, dayaz suyu və dayanıqlı küləkləri həm istirahət edənləri, həm də külək sörfüsü ilə məşğul olan idmançıları sevindirir. Pataraya getmək üçün Kaşdan sonra 3 saat yarım yol getməlisiniz. Bu çimərlik dəniz tısbağalarının yumurta qoyduğu məkan olduğundan qorunur.

Up-uzun bir qumluq

#9 Amos körfəzi– Marmaris

Marmarisdən 25 km uzaqlıqda olsa da, bölgənin ən gözəl çimərliklərindən biri Amos körfəzidir. Meşənin içində mavi rəngli bir dənizdir. Amos körfəzi sadəcə təbii gözəlliyi ilə deyil, antik bir körfəz olduğu üçün yerli və xarici turistlərin hər zaman diqqətini çəkir.
Helen dilində Amos - “Allahın məbədi” mənasına gəldiyi söylənilir. Amosun qumu, daşı, dənizi isə çox dayazdır. Qədimliyi Anıtlar Ali Şurası tərəfindən qorunan Amos kəndində sadəcə kiçik bir sahədə turistlərə xidmət edilir

amos plajı

Antik kənd sevənlərə

#10 Ortakent Kargı çimərliyi– Bodrum

Kargı çimərliyinin digər adı Camel Beachdir. Çünkü burada turistləri gəzdirən dəvələr var. 5 kilometrlik sahildə bir çox mavi bayraqlı çimərlik var. Kargı da bunlardan biridir. Yelkənli su idman növləri üçün olduqca əlverişli, yəni küləkli bir məkan.
Bodrumun incə qumlu, mavi bayraqlı dənizində üzmək də, idman etmək də hər zaman zövqlüdür. Mərkəzdən 10 km uzaqlıqdakı Ortakent sahilində kafe və restoranlar var. Ən yaxın hava limanı Milas – Bodrum havalimanıdır.

kargi-camel-beach

Dəvələrin gəzdiyi çimərlik

#11 Gökova – Akbük körfəzi

Akbük körfəzinə gələrkən özünüzü tropikal bir adadakı kimi hiss edəcəksiniz. Çünki daha öncə dəniz suyunun bu qədər təmiz və şəffaf olduğunu görməmiş ola bilərsiniz. Gökova körfəzinin şimalında yerləşən Akbük körfəzinə getməyin bir neçə yolu var. Əgər şəhər mərkəzindən birbaşa getsəniz 50 kilometrlik bir məsafə qət etmiş olacaqsınız.. Bodrumdan və ya Marmarisdən gəlsəniz, yenə ən az 60 kilometrlik yol qət edəcəksiniz. Dalaman Hava limanından 80 km, Milas Hava limanından isə 70 km uzaqlıqdadır.

gokova

Tropikal adaya getmiş kimi

#12 Altınkum çimərliyi– Didim

Didimin mavi çimərliyi 53 kilometrlik sahil boyunca sıralanır. Altınkum, Didimin ana çimərliyidir. Şəhər mərkəzinə 9 kilometr məsafədə yerləşən Altınkum, Egenin ən gözəl və hərəkətli çimərliklərindəndir. Qızılı rəngli qumu və mavi rəngli dəniz suyuna sahib çimərlikləri olan bu məkanın artıq sözə ehtiyacı yoxdur. Oktyabr-avqust ayları arasında olduqca aktiv olan sahildə yer tapmaq çox çətindir. Təkcə gündüzləri deyil, gecələri də maraqlı olan çimərlik boyunca kafe və barlar sıralanır.

altinkum

Egenin cazibə mərkəzi

#13 İncekum çimərliyi– Marmaris

Marmaris və Akyaka arasında yerləşən İncekum çimərliyi, Türkiyənin Havay adası kimi tanınır. Səbəb isə göz oxşayan tərtəmiz və mavi rəngli suyunun olmasıdır. Boncuk Körfəzində yerləşən İncekumdakı möhtəşəm dənizin sərin sularına çatmaq o qədər də asan deyil! Marmarisin mərkəzindən Sedir Adasına doğru yola çıxıb, təxminən 13 kilometr uzaqlıqda olan Çamlı kəndinə çatdıqdan sonra maşından düşüb traktorlara minilir, çünkü maşınla bu çimərliyə getmək mümkün deyil.
Çimərlikdə yaxşı bir yer tapmaq istəyirsinizsə səhər çox tezdən durub, təxminən saat 7-də traktor növbəsinə durmalısınız. Düzdür çimərliyə çatmaq o qədər asan deyil, amma bütün bu əziyyətə dəyir. 2 kilometrlik məsafəni traktorun qoşqusunda getdikdən sonra görəcəyiniz mənzərə müdhişdir.

incekum

Türkiyənin Havay adası

#14 Çıralı çimərliyi– Antalya

Çıralı çimərliyi yaşılla mavinin birləşdiyi nöqtədə yer alır. Tarixi bir məkan sayılan bu sahədə böyük tikintiyə icazə verilmədiyi üçün çimərlik təbiətini və gözəlliyini qoruyur. Nəticədə meşənin içində bir çimərlik havası yaranır. Həmçinin, bura carettaların (dəniz tısbağalarının) ən sevdiyi məkanlardan biridir! Yaxın oteller və pansionatlarda qala və yaxud çadırdan istifadə edə bilərsiniz. Olymposdan ayaqla getmək mümkün olan məsafədə yerləşən Çıralı kəndi, Antaliyanın Kəmər mahalında yerləşir.

cirali-plaji

Meşənin içində bir çimərlik

#15 Kadırga çimərliyi– Assos

Assosun mübahisə edilməyən ən gözəl körfəzi Kadırga körfəzi. Osmanlı dönəmində donanmanın zədə almış gəmiləri bu körfəzdə dayandığı üçün, adı Kadırga körfəzi olaraq günümüzə qədər gəlib.
Uzun və geniş daşlı çimərliyi, mavi bayrağa oxşar təmiz suyuyla Türkiyənin şimalında yerləşən ən gözəl çimərliklərindən biridir. Burda hər bir büdcəyə uyğun otellər və kamplar var. Dəniz suyunun isə cənubla müqayisədə nisbətən soyuq və küləkli olacağını unutmayın.

kadirga-koyu

Assosun mübahisə edilməyən ən gözəl körfəzi


Loading