İştah açan muzeylər


Səyyahət əksəriyyət insan üçün yeni yerlər, yeni dadlar kəşf etmək anlamına gəlir. Bir ölkənin mədəniyyətini tanımaq, tarixi haqqında bilik əldə etmək üçün muzeylərə getməklə yanaşı həmin bölgənin özəl ləzzətindən də dadmaq lazımdır. Məsələn, necə Şəkiyə gedib Şəki pitisi yeməyəsən, Tovuzda qrudlu xəngəl, Lənkəranda ləvəngi, Qubada paxlava və s.
Həyatımız boyu müxtəlif çür yeməklər hazırladıq və bu ləzzəti sevdiklərimizlə paylaşdık. Zamanla müxtəlif tutmalar, mürəbbələr bişirib qışa da hazırlıq gördük. Bu inkşafın əsasında isə bir kişinin yemək yemək istəyi durur! Bu istəyi səfərbər etmək üçün səyahətə çıxmağı necə, düşünürsünüzmü? Cavabınız “hə”dirsə, bu bölmə məhz Sizin üçündür.
Kulinariya bölməsində Sizə maraqlı məlumatlar təqdim edəcəyik. Bu dəfə kulinariyaya bağlılığı olan muzeylərlə tanış olaq.

Azərbaycanda çörək muzeyinin olduğunu bilirdinizmi?
Dünyanın bir çox ölkəsində çörək muzeyi var. Rusiya və Almaniyadakı çörək muzeyləri ən tanınmış muzeylər sırasındadır. Azərbaycan Ağdam şəhərində də belə bir muzey fəaliyyət göstərib. 1983-cü ildə ilk ziyarətçilərini qəbul edib. Çörək və çörək məmulatları, əkinçilik alətləri və onların tarixi haqqında olan bu muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Muzeydə 2800-ə yaxın eksponat var idi.




Loading
Erkən Rezervasiya
Terra Travel Telegram