Qışda yay tətili və ya erkən rezervasiya

Erken rezervasiyaQışda yay tətili və ya erkən rezervasiya
Qışın soyuğunda bayıra çıxmağa həvəsimizin olmadığı bir vaxtda bir də görürük hovuza tullananlar, qumda günəşlənənlər, su xizəyi sürənlər, paraşutla uçanların olduğu reklamları görməyə başlayırıq. Soyuqdan donuruq nə dəniz, nə qum deyərkən, baxırıq ki, reklam erkən rezervasiya və onun üstünlüklərindən bəhs edirmiş. Bəs gəlin görək bu erkən rezervasiya nədir və həqiqətən də üstünlükləri varmı?

Erkən rezervasiya nədir?

Əslində çox sadə dillə izahı, yayda gedəcəyiniz tətilin pulunu qışda verməkdir. İşin sirri isə odur ki, otellər öz otaqlarını əvvəlcədən topdan şəkildə tur operatorlara mövsüm qiymətindən çox daha ucuz qiymətə satır. Çünki onlar üçün böyük kütləyə çıxmaq daha çətindir və rəqabət böyükdür. Tur operatorlar isə otellərdən aldıqları otaqları uyğun qiymətlərlə müştərilərinə təklif edir və satmaq üçün yarışırlar. Sizə də bu fürsətlərdən faydalanmaq qalır.

Yaxşı, bəs həqiqətən də endirim olurmu? Əlbəttə ki, 50%-ə qədər erkən rezervasiya endirimlərindən faydalanmaq mümkündür. Amma nəzərə alaq ki, bu hər oteldə, hər zaman olmur. Aşağıda qeyd etdiyimiz üstünlüklərdən yararlanmaq və erkən rezervasiya fürsətlərindən istifadə etmək üçün isə Terra Travel Sizə kömək etməyə hazırdır.

Erkən rezervasiyanın üstünlükləri
  1. Yerləşməyə Daha Az Büdcə Ayırın.
erken rezervasiya
Şübhəsiz, tətil zamanı ən çox diqqət etməli və düzgün seçim etməli olduğumuz məqam oteldir. Yaxşı bir oteldə qalmaq, keyfiyyətli yuxu və mərkəzə yaxın olma kimi kriteriyalar insanın səyahətinə təsir edir. Yuxarıda da qeyd etdiyimiz kimi, otellərin topdan satış etməsi və rəqabət şərtləri erkən rezervasiya zamanı qiymətləri çox aşağı salır. Siz də büdcənizə qənaət edəcəyinizdən qalacağınız oteli istəyinizə uyğun seçə və rezervasiyanızı aylar öncədən seçə bilirsiniz.
  1. Ucuz təyyarə bileti tapmaq daha asandır.
erken
Aylar əvvəldən dəqiqləşdirilmiş səyahət planınıza uyğun təyyarə bileti tapmaq da asan olacaqdır. Havayolu şirkətləri uçuş biletlərini oturacaqları blok-blok ayıraraq satışa çıxarırlar, Hər blokun ayrı qiyməti olur və bir blok dolduqda digəri satışa çıxarılır. Buna görə də, uçuş tarixinə az qalmış bilet qiymətləri yüksəlir. Uçuş tarixiniz dəqiqləşdikdən sonra axtarış edərək, fərqli alternativlərə göz gəzdirə və ən ucuz təyyarə biletini ala bilərsiniz. Beləliklə səyahətinizin ən vacib büdcə maddələrindən biri də problemsiz həll ola bilər.
  1. Rahat seçim imkanı
erken
Tətilinizi əvvəlcədən planlamadıqda həmin tarixə az qalıbsa, istədiyiniz oteldə, istədiyiniz otağı tapmaq çətin olacaqdır. Erkən rezervasiya sistemində hər şeyin yaxşısını seçmək və sonradan sürpriz yaşamamaq rezervasiya edənin faydalana biləcəyi imkanlardan biridir. Hər hansı bir kinoteatra getdiyinizdə salonda bütün oturacaqların boş olduğunu və bütün seçimlərin sizin üçün olduğunu düşünün.

  1. Tədbirlər daha ucuz
erken 6
Səyahət zamanınız dəqiqləşdiyindən həmin tarixlərdə müəyyən olunmuş konsert, tədbir, ekskursiyalar və digər fəaliyyətlər üçün rezervasiya etdirmək, tematik park, muzey və nəqliyyat kimi digər detalları da aylar əvvəldən satın alaraq həm rahat planlama emək, həm də əlavə endirim qazanmaq mümkündür.

  1. Ləğv etmə və dəyişiklik imkanı

Planlarınızda hər hansı bir dəyişiklik olması halında ödədiyiniz məbləğin tam və ya müəyyən qismini geri qaytarmağınız üçün də erkən rezervasiya şərtləri çox uyğun ola bilir. Bəzi hallarda bu dəyişiklik və ləğv etmə imkanları tətilinizin başlamasına 72 saat qalmışa qədər belə verilə bilər.

Erkən rezervasiyanın qeyd olunanlar və daha bir çox başqa faydalarından Siz də faydalanmaq istəsəniz bizimlə əlaqə saxlaya bilərsiniz. Terra Travel olaraq Sizləri razı salmaqdan məmnun olarıq.


Loading