2018-ci ildə turistlər üçün trend olan 10 şəhər

Cabir Süleymanlı
Milli İnsan Resursları Forumunun təsisçisi, biznesin idarəedilməsi və İR üzrə mütəxəssis, 1990-cı ildə Yevlax şəhərində doğulub. Türkiyənin Sakarya Universiteti, İstanbul Ticarət Universiteti və Çexiyanın Şkoda Avto Universitetlərinin məzunudur. Hazırda şirkətlərdən birində təlim koordinatoru vəzifəsində çalışır. Səyahət etməyi və müxtəlif mədəniyyətləri tanımağı çox sevir. (bir də yemək yeməyi :))

2018-ci ilin əvvəllərindəyik. Hiss edirik ki, səhayət sevənlər indidən qarşıdakı 12 ayın gəzmək planlarını qururlar. Biz də sizlər üçün dünyanın ən böyük və ən məşhur səyahət saytlarından biri olan TripAdvisor-un 2018 üçün müəyyən etdiyi gəziləcək yerlər siyahısını təqdim edirik. Siyahı hazırlanarkən son zamanlar səyahət edənlər arasında TripAdvisor-da ən çox üstünlük verilməyə başlanan məkan adları (Destinations on rise) qeyd olunmuşdur. Məkanlar turistlər müsbət rəyləri və həmin məkanlar üçün qeydiyyatdan keçmə sayları əsas alınaraq seçilmişdir. Bu il Novruz Bayramı ərəfəsində də səyahət planlamaq üçün kifayət qədər uzun tətil günləri mövcuddur. Siz də bu fürsəti qaçırmayıb qeyd olunan gözəl məkanlardan birinə səyahət edə bilərsiniz.

#1 İşigaki, Yaponiya (Ishigaki, Japan)
Siyahıda birinci yeri bəlkədə adını ilk dəfə eşidəcəyimiz Yaponiyanın İşigaki adası tutur. TripAdvisor-un bildirdiyinə görə son zamanlarda bu məkana maraq həddindən çoxdur. Ağ qumlu çimərlikləri və mavi tropik suları ilə Kabira körfəzindəki bu ada bir çox macəra axtarışındakı turisitin diqqətini çəkir. Rahatlamaq və canlanmaq istəyirsinizsə cəzbedici dağ mənzələri və manqrov meşələri ilə zəngin bu ada sizləri gözləyir. Onu da qeyd edək ki, Yaponiyanın Okinava bölgəsinin bir adası olan İşigaki, Tayvana daha yaxındır. Bura həmçinin yemək yeməyi sevənlər üçün əla məkandır. Adı daş divar mənasına gələn adada Yaeyama soba adlı vermeşil çox məşhurdur. Bu vermeşillər ənənəvi qarabaşaq yarması yerinə undan hazrlanır.



#2 Kapau, Havay adaları, ABŞ (Kapaa, Hawaii)

Amerika Birləşmiş Ştatlarının Havay adaları ştatının Kapau şəhəri hər şeydən, bütün stresdən uzaqlaşıb tətil etmək üçün əla məkandır. Təbiətinin gözəlliyi ilə seçilən bu şəhər su idman növləri, xüsusilə də kayak (eskimos qayığı) və su xizəyi üçün ən uyğun məkanlardandır. Kauai Nounou dağının ətəklərində yerləşən bu balaca şəhərdə turistlər üçün bir çox otellər, alış-veriş mərkəzləri və restoranlar mövcuddur.

#3 Nayrobi, Keniya (Nairobi, Kenya)
Bura sadəcə safari üçün paytaxt deyil, həm də şəhər gəzməyi sevənlərı üçün maraqlı bir yerdir. Energejili və müasir şəhər təəssüratı bağışlayan Nayrobi həm vəhşi cəngəllik, həm də şəhərin gecə həyatını özündə birləşdirir. Təbiətin qoynundakı bu məkanda, Nayrobi Milli Parkında yırtıcıların həyatı sizi valeh edərkən kolların arasından zürafələrin keçdiyini izləyə bilərsiniz. Həyatın nəbzini tutan əyləncə mərkəzləri, izdihamlı alış-veriş mərkəzləri, çeşid-çeşid restoranları ilə Masai xalqının bu əvvəlki sulama çuxuru sizin üçün fərqli bir istirahət məkanı ola bilər. Ən görməli yerləri arasında Karen Bliksen muzeyini, Zürafə Mərkəzini və Nayrobi Milli Parkının qara kərgadanlarını qeyd etmək olar.

#4 Halifaks, Kanada, (Halifax, Canada)
Dənizçilik tarixi ilə məşhur olan Kanadanın Yeni Şotlandiya (Nova Scotia) bölgəsinin paytaxtı olan bu liman şəhəri quşbaxışı möhtəşəm görünüşə sahibdir. Citadel Təpəsindəki köhnə şəhər mərkəzi saat və arxa fonda Dartmousa gedən bir bərə mənzərəsi sizi sakitləşdirəcəkdir. Hazırda şəhər daha çox kulinariyası ilə, daha dəqiq desək pivə bişirmə sənətkarlığı ilə tanınır. Bunun sübutu olaraq adambaşına düşən pivəxana və klubların sayına görə demək olarki bütün Kanada şəhərlərini qabaqlayır. Bu da şəhəri bəzi turistlər üçün daha cəzbedici edir.



#5 Qdansk, Polşa (Gdansk, Poland)
Baltik sahillərinin bu məşhur liman şəhəri Avropanı kəşf etmək istəyənlər üçün maraqlı bir məkandır. Qdanskın ən məşhur yerlərindən biri şəhər məzrkəzində yerləşən, rəngarəng fasadları, restoran və mağazalar ilə bol Uzun Bazardır (Long Market). Maraqlıdır ki, şəhər dünyanın kəhraba ticarətinin mərkəzidir və şəhər boyunca biz çox butiklərdə satılır. Bu da Qdanskı daşlaşmış qətranın xüsusi marağında olanlar üçün cəlbedici edir.


#6 San Xose, Kosta Rika (San Jose, Costa Rica)
Viktorya dövrü qədimi evləri ilə canlı və dolğun görünən bu səs-küylü və hərəkətli Kosta Rika şəhəri kofe ticarəti gəlirləri ilə tikilmişdir. Meksika'nın Baya Kalifornia yarımadasının cənub ucunda yerləşən, tam adı San Xose del Kabo (San Jose del Cabo) olan bu şəhərin əhalisi gözəl çimərlikləri və müstəmləkə dövrü arxitekturası ilə fəxr edir. Bəzən kobud gecə həyatı olan qardaş şəhəri Kabo San Lukas ilə qarışdırılan San Xose daha sakit bir istirahət təklif edir. Şəhər həmçinin çoxlu sayda təbii olaraq meydana gələn bulaqları ilə məşhurdur.



#7 Riqa, Latviya (Riga, Latvia)
Latviyanın paytaxtı və Baltik ölkələrinin ən iri şəhəri olan Riqa, Latviya və qonşu ölkələrin ənənələrinin valehedici mərkəzidir. Şəhərin Art Nuvoua (Art Nouveau – beynəlxalq incəsənət növü) mərkəzi UNESCO Dünya İrsi siyahısına salınmışdır. Müqəddəs Piter kilisəsinə çıxan dar, xırda daşlarla döşənmiş küçələri olan Qədim şəhər (Old City) barlar və restoranlar ilə boldur və ayaqla gəzmək mümkündür. Yeni şəhər (New City) isə çox əla və müasir tramvay və avtobus xətlərinə malikdir.



#8 Rovinj, Xorvatiya (Rovinj, Croatia)
İstrian yarımadasının qərb sahillərində yerləşən Rovinj, Xorvatiyanın balıqçılıq limanlarındandır. Xırda daşlarla döşənmiş yoxuşlu küçələr və meydanları olan qədim şəhər, uçurumun kənarında, dənizin sahilində məskunlaşır. Qədim şəhərin cənubunda isə bölgənin çınqıllı çimərliklərindən olan Lon buxtası yerləşir. Rovinj arxipelağının 14 adası da bu ərazini səyyahların tədqiqat aparması üçün əlverişli edir.


#9 Nerxa, İspaniya (Nerja, Spain)
Nerxa ərazisi İspaniyanın cənubundakı Kosta del Sol bölgəsində yerləşir. Buradakı sahil gəzinti yolu – Balcone de Europa, turistlər üçün Aralıq dənizinin və onu əhatə edən dağların gözəl mənzərələrini, həmçinin həmən aşağısında qumlu sahilləri və uçurum mənzərələrini bir arada cəmləşdirir. Sahil şəhərindəki cəzbedici yerlərdən biri də tavanı və döşəməsi qeri-adi daş sırsıralar (lülələr) ilə örtülü olan, həmçinin Paleolitik dövrü rəsmləri ilə tanınan Nerxa mağarasıdır (Cueva de Nerja).



#10 Kasablanka, Mərakeş (Casablanca, Morocco)
Kasablanka qərbi Mərakeşin liman şəhəridir və ticarət mərkəzidir. Memarlıq və arxitektura həvəskarları üçün məğrib-i tərz və Avropa incəsənət dizaynlarının harmoniyası göz oxşayacaqdır. Mərakeşin ən böyük məscidi olan II Həsən Məscidi də bu şəhərdə yerləşir. Şəhər həmçinin inkişaf edən sənət və mədəniyyət səhnəsinə sahibdir. Belə ki, Kasablankanın bir çox incəsənət dekorlu villaları qalereya və muzeylərə çevrilmişdir.


Loading