Terra Travel-dan növbəti nailiyyət





“Belə saytların olması lazımdır. Saytdakı məlumatlar faydalıdır. Təklif olunan istirahət və gəzinti turlarından əlavə maraqlı məlumatlar təqdim olunur. Və bu məlumatlar savadlı şəkildə təqdim olunur. Uğurlu sərlövhə seçimi var əlaqə vasitələri göstərilib.”

Könül Niftəliyeva
MilliNet 2017 müsabiqəsinin münsifi


Şirkətin rəsmi saytı mükafata layiq görüldü!
Terra Travel şirkəti olaraq daha bir nailiyyətimizin sevincini dəyərli müştərilərimiz ilə bölüşmək istəyirik. Müasir tələblərə uyğun olaraq hazırlanmış www.terratravel.az internet səhifəmiz Milli İnternet Mükafatı - Milli Net 2017-də 2-ci yerə layiq görülüb.

20 dekabr 2017-ci il tarixində Boulevard Hoteldə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin rəsmi dəstəyi ilə Milli Net - Milli İnternet Mükafatı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib, 9-cu Milli Net mükafatının qalibləri elan olunub.

18 Nominasiya üzrə 392 internet resursun təqdim olunduğu və onlardan yalnız 291 saytın yarışmaya buraxıldığı müsabiqədə peşəkarlardan ibarət olmaqla formalaşdırılan 23 nəfərlik Münsiflər Heyətindən 19-nun iştirakı ilə səsvermə keçirilib. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 96 Nominant arasından ən yaxşıları müəyyən etmişdir. Müsabiqə nəticələrinə əsasən www.terratravel.az saytı “Mədəniyyət, incəsənət və turizm” nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür.

Bu ilin əvvəllərində istifadəyə verilən saytımızın ölkə miqyaslı belə bir müsabiqədə yer tutması bizi daha da məsuliyyətli olmağa və müştərilərimizə daha keyfiyyətli xidmət göstərməyə həvəsləndirir.

www.terratravel.az Sizlərin istifadə rahatlığı üçün funksionallıq, məzmun və dizayn baxımından mütəmadi olaraq təkmilləşdirilir. Saytda, “Turlar”, “Otellər”, “Transferlər” kimi faydalı bölmələrlə yanaşı, “Dünyanı kəşf et” adlı yeni bömə istifadəyə verilib. “Dünyanı kəşf et” bölməsindən turizm, səyahət, viza, maraqlı və görməli yerlər və s. haqqında məlumat ala bilərsiniz. Bununla yanaşı adı çəkilən bölmədə səyahətiniz üçün tövsiyyə edilən məkanlar, vizasız səyahət edə biləcəyiniz ölkələr, getdiyiniz ölkələrdə maraqlı ola biləcək yerlər, yola çıxarkən diqqət etməli olduğunuz məqamlar və yanınızda aparacağınız əşyalarla bağlı tövsiyyələr yer alacaqdır.

Saytda yeni yaradılan daha bir bölmə “Kataloq” adlanır. Bu bölmədə Terra Travelin təqdim etdiyi daxili və xarici turizm ilə əlaqəli bir sıra turlar haqqında məlumatlar verilir.

Dünyanı Terra Travel ilə kəşf edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram