Səyahət etmənin faydaları

“Heç bir şey, zəkanı səyahət etmək qədər inkişaf etdirə bilməz.” Emile Zola

Dünyaca məşhur yazarların, sənətçilərin, musiqiçilərin səyahətin insana bir çox baxımdan faydalı olmasını dilə gətirdiyini müşahidə etmişik. Fürsət tapdığımız hər anı gəzərək, kəşf edərək, dünyagörüşümüzü genişlədərək qiymətləndirmək həm fiziki həm də ruhi baxımdan bir çox müsbət təsirlərə malikdir.

Səyahət etmək yeni mədəniyyətlər, ləzzətlər, inanclar, hobbilər, məlumatlar deməkdir. Səyahət etmək sağlamlığımızı və ruhumuzu yeniləyə biləcək ən əyləncəli yollardan biridir! Bəs səyahət etmənin başqa nə kimi faydaları var?



- "Bir az uzaqlaşmaq yaxşı gələcək!" sterotipinin doğruluğu araşdırmalarla sübut edilmişdir. Sevgilisindən ayrılan, ən yaxın yoldaşından zərbə yeyən, həmişə eyni yerdə yaşamaqdan bezən, yaxud əksinə sevgilisi ilə unudulmaz günlər yaşamaq, ailəsi ilə özəl günlərini, bal aylarını qeyd etmək, dostları ilə əylənmək istəyən bir çox insanın ilk ağlına gələn olduğu yerdən uzaqlaşmaq və fərqli bir mühitə getmək olur. Araşdırmalara görə ildə bir neçə dəfə səyahət edən insanlar, səyahət etməyənlərə nisbətən depressiya və stress kimi neqativ psixoloji vəziyyətlərə çox az düşürlər.

Üstəlik səyahət etmənin faydalarını qısa müddətdə hiss etmək olur. Tətilin ilk günlərində stressin yüzdə 90 nisbətində azaldığı müşahidə olunmuşdur. Səfərin təşkili, xüsusilə tək səyahət edənlərin özlərinə bir yol xəritəsi çəkməsi, özləri ilə götürəcəkləri əşyaları təyin etməsi, qısa müddətdə qərar qəbul etmələr insanın ruhunu inkişaf etdirərək özgüvənini artırır! Özünə inamı yüksəldən bu kimi hallar nəticəsində adamın xəyal gücü və yaradıcılığı da artır.

Səyahət yeniliklərə və fərqliliklərə açıq olmanızı təmin edir

Səfər əsnasında bir çox yeni insanla tanış olub, tam fərqli dünyaların qapılarını açırsınız. Bir çox insanlarla söhbət edərək bir-birindən fərqli mədəniyyətlərdən xəbərdar olursunuz. Bunun sayəsində həm empatiya qurma imkanlarınız genişlənir, həm də insanları mühakimə etmək, həmçinin özünüzdən fərqli görünəni qınamaq kimi mənfi xüsusiyyətlərdən uzaqlaşırsınız.


Danışmağa bir çox hekayəmiz olur!

Yeni ildə Eyfel Qülləsinin rəngarəng görüntüsü, Radioheadın İngiltərədə izlədiyin möhtəşəm konserti, Avstraliyada çəkdiyin əyləncəli kenquru videosu ... və ətrafında səni maraqla dinləyən dostların... Kim bilir bəlkə siz də ətrafınızdakı insanların səyahətə çıxmasını təmin etmək üçün bir ilham qaynağı olacaqsınız ...

Həyata pozitiv baxıb, həmişə xoşbəxt görünmənizi təmin edir!

Bəli, bunun üçün araşdırma etməyə ehtiyac yoxdur, onsuz da bütün araşdırmaların nəticələri də eynilə belə deyir. Tez-tez səyahət edən insanlar daha çox gülümsəyir, hadisələrə həmişə müsbət istiqamətlərindən yaxınlaşırlar. Mükəmməl mənzərələr görüb, gözəl ləzzətlər dadan, davamlı fərqli insanlarla tanış olan insanlar necə özünü xoşbəxt saymaya bilər ki? Geriyə dönüb baxdığınızda edə bilmədikləriniz üçün peşmanlıq duymamanız, xəyallarınıza bir az belə olsa yaxınlaşmadığınızı hiss edib kədərlənməməyinizi istəyirsinizsə, dərhal çantanızı yığıb yolla düşün!



Bunu unutmayın: Səyahət etmənin yaşı yoxdur və heç zaman gec deyil!

Terra Travel - İstirahətiniz üçün doğru seçim!


Loading