Dünyanın 10 ən gözəl gölü


1. Plitviskie gölü, Xorvatiya.
16 zümrüd kimi göllər bir-biri ilə şəlalələr sistemi vasitəsilə birləşərək "Yura dövrünün parkı" filminin növbəti çəkilişləri üçün əla yer olardı. Maraqlısı da odur ki, Plitviskix-də şəlalələrdən hər il yeni göllər doğulur. Bunun isə səbəbi belə izah olunur: suya düşmüş yarpaqlar və ağacların budaqları belə adlandırılan "tabaşirli bitkilərlə" örtülürlər, hansı ki, bunlar da qırılaraq, çayları örtən bərk daş və suxurlara çevrilirlər. Su belə "dambaları" tədricən yuyub aparır və nəticədə yeni şəlalələr yaradır. Şəlalələrdən hər il yeni göllər doğulur​.
2. Baykalgölü, Rusiya.
Dünyada (orta dərinlik — 745 metr) ən dərin və ən gözəl göllərdən biridir. Hesab edilir ki, onu yayın əvvəllərində turislərin bura axınından qabaq izləmək daha gözəldir. Bu zaman Baykal buzdan azad olur və buz parçalarının möhürlərini görmək asan olur. Baykal sahilində ən heyrətamiz yerlər — bu Aya körfəzi, Kotelnikovski burunu, Çerskoqo dağı , Mika gölləri və Şumilixa çayıdır.

3. Peyto gölü, Kanada.
Gözəlliyinə görə bu heyrətamiz gölü mənzərə açıqcalarının üstündə tez-tez görmək olar. Onun inanılmaz zümrüd rənginə görə əvvəl düşünmək olar ki, bura Kanada deyil, Antiqua və ya Bora-Bora kimi tropik cənnətdir. Əriyən buzlaqlar dağ süxurlarının hissəciyini yuyulub təmizləyir, hansı ki, bu da günəş işığının ora düşməsi vaxtı təəccüblü rəng effekti verir.

4.Atitlan gölü, Qvatemala.
Bu göl üç böyük vulkanın ətəyində yerləşmişdir — Atitlana, Tolimana və San-Pedro. Maya dilindən tərcümədə gölün adı "göy qurşağının yarandığı yer" mənasını verir. Atitlan glünün istənilən nöqtəsi misilsizdir, istər gölün sahilində balaca restoran, istər balıqçı qayığı və ya istərsə də dağda kiçik hind qəsəbəsi ona daha da gözəllik verir. Son illərdə göl tünd göy rəngdən göy-yaşı rəngə çevrilməyə başladı. Mütəxəssislər isə bunun səbəbini bütün il boyu çiçəklənən yosunlarda görürlər.

5. Krater gölü, ABŞ.
Birləşmiş Ştatlarda ən dərin göl olan bu göl 7 000 min il əvvəl Maunt-Mazama vulkanının dağılmasından sonra yarandı. Göl sıx meşə və yüksək qayalarla əhatə olunmuşdur. İndi Kreyter — cənubi Oreqonda milli parkın mərkəzi hissəsində yerləşib və heyranedici təbiətlə və inanılmaz mənzərələrlə məşhurdur.

6. Lox-Lomond gölü.
Şotlandiyada ən böyük şirin sulu göldür, uzunluğu təxminən 24 mil, eni isə 5 milə çatır.
Lox-Lomondanın romantik mənzərələri Valter Skotta-ya öz romanlarını yazmaq üçün ilham mənbəyi oldu. Göldə bir çox ada və adcıqlar yerləşir: onlardan kiçik olanları göl qabarmaları vaxtı suyun altında gizlənirlər, digər kifayət qədər böyük olanlarının üzərində isə mehmanxanalar yerləşir.

7. Annesi gölü.
Fransız Alpının ürəyi, olan bu göl Cenevrədən 30 mil məsafədə yerləşir. Göl istirahətin bütün növləri üçün- romantik-toydan başlayaraq, ekstremal oyunlara qədər mükəmməldir. Annesi bütün dünyada olan sörftçülər və kayakerlər bəyəndi. Gölün sahillərində rahat və gözəl kafe və restoranlar odlarla işıqlandırılır və bəzi yerlərdə isə sahildə orta əsr qalaları gizlənir. Annesin 18 min il yaşı var və siz bura gələrkən tamailə qədim mənzərə ilə rastlaşacaqsınız.

8. Qarda gölü, İtalya.
Alpın ətəyində yayılmış bu göl İtaliyada ən böyük göldür. Onun cənub sahilində gözəl mehmanxanalar, terrakota damlarıyla örtülmüş evciklər və sakit, çınqıllı çimərliklər yerləşir. Gölün şimalı- dar və uzun hissəsi 2 000 metrə qədər çərçivədə uzanaraq fiordu xatırladır. Orada velosipedçilər aktiv istirahət keçirməyi sevirlər. Qardaya Milandan və ya Venesiyadan gəlmək olar, çünki göl bu şəhərlərin arasında, yol ortasında yerləşib.

9. Nakuru gölü, Keniya.
Heyrətamiz mavi su və onun altında yayılan hədsiz çayırlar Nakurunun sərhərsiz mənzərəsini yaradır. Ancaq keniya gölünün unikallığı tamamilə başqa səbəbdəndir. Göldə yosunların bolluğu özünə flaminqonun böyük qismini cəlb edir. Milyonlarla təmtəraqlı quş "tiftikli çəhrayı adalar" effektini yaradır. Maraqlısı da odur ki, flaminqo — heyvanların nadir növlərinə aiddir və onlar bu gölə çox rahatlıqla gəlirlər. Bu gölün suyunda böyük miqdarda natrium karbonat var və ona toxunanda yanmağa başlayır.

10. Metison gölü, Yeni Zelandiya.
Bu gölün başqa adı — Güzgüdür, səbəbi isə asan izah olunur: çünki çarhovuz özündə iki ən yüksək zirvə əks etdirir — Kuk və Tasman. Gölə tamaşa etmək üçün ən yaxşı vaxt — şəfəqdən dərhal sonradır, çünki bu zaman, suyun sakitliyi onu güzgü kimi hamar edir.



Loading