Karlovı Varı Bristol Georgy House

1 nəfər Avro1226
  • Müalicə
  • Oteldə qalma
  • 3 dəfə qidalanma

Təsvir

Çexiya | Karlovı Varı | Bristol Georgy House 10 gün / 9 gecə |


Karlovı Varı - Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Milli Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir. Karlovı Varını dünyada tanıdan ikinci səbəb isə böyük əhəmiyyətli sosial və mədəni tədbir olan, hər ilin iyul ayında keçirilən Beynəlxalq Kinofestivalıdır. Şübhəsiz ki, Karlovı Varı gəzinti, istirahət və müalicə üçün dünyanın ən möhtəşəm və əvəzedilməz məkanlarından biridir.

Bristol Georgy House sanatoriyası yam-yaşıl meşə massivinin ətrafında, "Geyzer" mineral su mənbəyinə 400 metr məsafədə yerləşir. Sanatoriyanın qonaqların təmiz havada dincələ, yay fəsilində günəş vannaları qəbul edə biləcəyi geniş ərazisi var. Müştərilər bütün müalicəvi sağlamlaşdırma prosedurlarını sanatoriya daxilində, müalicə mərkəzində keçirlər. Həmçinin, sanatoriyanın özündə müasir diaqnostik mərkəz və laboratoriyalar var.
Xidmətlər: nömrələrə edilən xidmət, restoran, ev heyvanlarının yerləşdirilməsi və onlara qulluq, kondisioner, siqaret çəkməyənlər üçün xüsusi nömrələr, mini bar, kabel / peyk televiziyası, fen, televizor, hamam xalatı, şəxsi vanna otağı və tualet, ekskursiya bürosu, lift, gecə-gündüz resepşen, kimyəvi təmizləmə, valyuta mübadiləsi, seyf, konfrans zalları, velosipedlərin kirayəsi, mağazalar, yükün saxlanılması, hədiyyə kioskları, ayaqqabıların təmizləməsi, camaşırxana, əyləncəvi və istrahət Fitnes-mərkəzi, hovuz, masaj, gözəllik salonu, sauna, bağ, bilyard, boulinq, piyada tur, masaj, spa və sağlamlıq mərkəzi.

Mütləq görün
Karlovı Varı Vridelni kolonada
Aktiv istirahət və idman
Fitness, boulinq (hər gün 15:00 işləyir - 21:30 PULSUZ) İnternet
Pəhriz yeməkləri (şəxsi diyetoloq), isveç süfrəsi səhər yeməyi, nahar öz seçimi ilə menyudan, şam yeməyi öz seçimi ilə menyudan Müalicə proseduru
Çexiya Dil: Çex dili | Pul vahidi: Çexiya kronu | Saat Fərqi: -3

Qiymətə daxildir:

  • Sanatoriyada qalma;
  • Qidalanma (3 dəfə);
  • Müalicəvi paket;
  • Müayinə.

Qiymətə daxil deyil:
  • Avia bilet;
  • Transfer (Terma tr)
  • Viza.
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 30 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 50 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram