Yeni ili Laplandiyada qarşıla 2024

1 nəfər Avro2688
  • Transfer
  • Aviabilet
  • Səhər Yeməyi
  • Oteldə qalma
  • 2 dəfə qidalanma

Təsvir

2024-cü ili harda qarşılayacağınızı düşünürsünüz?

Santa Klausun diyarı Laplandiyada yeni ili qarşılamaq və unudulmaz günlər keçirmək üçün sizlərə möhtəşəm təkliflərimiz var!
2688 €-dan başlayan qiymətlərlə!

Tur barədə məlumat

30.12.2023 - 05.01.2024 tarixləri üzrə otel təklifləri:

1. Alpi Levi Apartments - 2688 Euro (səhər yeməyi daxil deyil)
2. K5 Hotel Levi - 2981 Euro (səhər yeməyi daxil)
3. Break Sokos Hotel - 2948 Euro (səhər yeməyi daxil)
4. Levi Hotel Spa - 3165 Euro (səhər yeməyi daxil)
5. Santa’s Hotel Santa Claus - 3722 Euro (gündə 2 dəfə qidalanma daxil)
6. Arctic Lights Hotel - 4110 Euro (səhər yeməyi daxil)

Qiymətlərə daxildir:

1. Aviabilet (AZAL ilə Bakıdan birbaşa uçuş)
2. Qonaqlama
3. Qidalanma (Alpi Levi Apartments istisna)
4. Transfer
QEYD: Qiymətlər 1 nəfər üçün hesablanmışdır.

Digər turlarımıza baxmaq üçün keçid edin.

Otellər barədə qısa məlumat


1. Alpi Levi Apartments - Finlandiyanın Laplandiyadakı ən məşhur kurortlarından biri olan Levi şəhərinin mərkəzində yerləşir. Xidmətlər, ekskursiya sifarişləri, xizək yolları və s. buradan cəmi 5 dəqiqəlik piyada məsafədədir. Terrasdan Levi dağını görə bilərsiniz. Çoxlu restoran və mağazaları olan Levi kəndi bura çox yaxındır. İşçilər insanlara çox kömək edir, mehriban və gülərüzdülər. Hava limanından avtobus gediş-gəlişi yaxşıdır.

2. K5 Hotel Levi - rahat və atmosferli bu otel Levi dağ kəndində və dağ kəndinin xidmətlərindən, xizək enişlərindən, açıq yollardan qısa bir məsafədə yerləşir. Otelin qarşısında maralları görə bilərsiniz. Həmçinin otelin qeydiyyat bölməsindən maralların sevimli yeməyi olan bir çanta liken ala bilərsiniz. Bu yolla siz maralları bəsləyə və onları daha yaxından tanıya bilərsiniz.

3. Break Sokos Hotel - otelin interyeri sanki Laplandiya ruhunu əks etdirir. Otelin saunası hər gecə qızdırılır, dincəlmək üçün istifadə edə bilərsiniz. Üç fərqli binada yerləşən otelin otaqları müxtəlif fəsilləri əks etdirmək üçün bəzədilib. Laplandiyanın flora və faunası da dekorasiyada, məsələn, rəsmlərdə və pərdələrdə nümayiş etdirilir.

4. Levi Hotel Spa - xizək yamaclarından cəmi 5 dəqiqəlik piyada məsafədə yerləşən bu oteldə hovuzlar və saunalar var. Oteldə həmçinin uşaqlar üçün qapalı oyun meydançası, idman zalı da var. TV və çay/qəhvə hazırlama vasitələri, həmçinin pulsuz Wi-Fi mövcuddur. Bura evli cütlüklərin daha çox seçdiyi otellərdən biridir.

5. Santa’s Hotel Santa Claus - Rovanieminin mərkəzində yerləşən bu otel Santa Klaus kəndinə avtomobillə 10 dəqiqəlik məsafədədir. Oteldə geniş, yaxşı təchiz olunmuş otaqlar var. Otel işçiləri qar arabası ilə səyahətlər, maral və husky safariləri kimi yaxınlıqda olan ekskursiyalar təşkil etməyə kömək edə bilərlər. Məşhur Arktikum Elm Muzeyi bu oteldən 10 dəqiqəlik piyada məsafədədir.

6. Arctic Lights Hotel - bu otel Rovaniemi hava limanından və Santa Klaus kəndindən 8 km məsafədədir. Oteldə fərdi temalı dekorasiyalı parlaq, ultra müasir otaqlar var. WiFi və parkinq pulsuzdur. Günün 24 saatı fəaliyyət göstərən qeydiyyat işçiləri yerli restoranlar, attraksionlar və ya fəaliyyətləri böyük məmnuniyyətlə tövsiyə edəcəklər. Otel Sampokeskus Ticarət Mərkəzindən 200 metr və Arktikum Elm Mərkəzindən 800 metr məsafədədir.

Bəs sizcə, yeni ili qarşılamaq üçün​ niyə Laplandiya?

1. Qütb işıqlarını görmə imkanı

Laplandiyada qütb işıqlarını sentyabr ayından aprel ayına qədər aydın şəkildə görə bilərsiniz. Yaranan mənzərə o qədər gözəldir ki, insan baxdıqca heyran qalır. Adətən yaşıl rəngdə görünən qütb işıqları əgər şanslısınızsa, çəhrayı, qırmızı və mavi rənglərdə də görünə bilər. Bu rəngarəng və parıltılı işıqların yanıb-sönməsi sanki insanı alıb uzaqlara götürür. Elmdə bunun səbəbi günəş fırtınalarının yerin atmosferi ilə toqquşması kimi danışılır, lakin bir sıra möcüzələr də var. Finlər qütb işıqlarını revontulet, yəni "tülkü atəşi" adlandırırlar, çünki əfsanəyə görə qarda qaçan qütb tülküsü gecə səmaya qığılcımlar göndərir.

2. Şimal maralları və husky-lərlə gəzinti

Ulayan, qaçan husky-lərlə qarda gəzinti demək olar ki, uçmağa bənzəyir. Husky-lərə bu safari turunda rahta şəkildı güvənə bilərsiniz. Gündüzlər çıxan solğun qış günəşi sizi soyuqdan biraz da olsa qoruyacaq, amma günəş batandan sonra, xüsusilə də qütb işıqları görünən zaman sərt soyuq havanı hiss etməyə başlayacaqsınız. Təbii ki, əyləncə və macəradan o soyuğu hiss etməyəcəksiniz.

3. Santanın evini görmə şansı

Ziyarətçilər 30 ildən artıqdır ki, Şaxta baba və onun elfləri ilə ilin hər günü Şaxta babanın və ya Santanın evində görüşə bilirlər. Giriş pulsuzdur. Şaxta baba dünyanın ən yaxşı insanıdır, o, hər yaşda olan dostları ilə yaxından və uzaqdan görüşməkdən və söhbət etməkdən həzz alır. 1 dekabr 2023-cü ildən 6 yanvar 2024-cü ilə qədər Bazar etrəsi - Bazar günləri saat 09:00-dan 19:00-a qədər ziyarətçilərə giriş açıq olacaqdır.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram