Səyahət sevənlər üçün Kuba turu 7 gecə 8 gün...

1 nəfər USD1270 USD2270

Təsvir

Səyahət sevənlər üçün Kuba turu 7 gecə 8 gün...
İsti tropik Kuba çimərlik tətili üçün ən yaxşı yerlərdən biridir. Karib dənizi sahili təmiz suyun firuzəyi rəngi, ağ qumu və yerli sakinlərin səmimi qonaqpərvərliyi ilə turistləri sevindirir. Havana, Varadero və Villa Clara kurortları komfortlu otellərin qapılarını açır və hər zaman keyfiyyətli xidmət təklif edir.
Kuba Flag of Cuba - Wikipedia Dil: İspan dili​ | Pul vahidi: Kuba pesso | Saat Fərqi: -11
Turun proqramı:
İstanbul hava limanında görüş, saat 22:00
Uçuş vaxtı gecə 02:10. Bilet və pasport prosedurlarından sonra Türk HAVA YOLLARI reysi ilə Havanaya səyahətimizə başlayırıq.

1-ci GÜN: İSTANBUL- HAVANA THY, uçuş vaxtı: 02:10 – eniş vaxtı 07:45
Səhər saat 07:45-də Kubanın paytaxtı Havanaya çatırıq . Sizi hava limanında qarşılayırlar və bələdçimizin müşayiəti ilə qalacağınız otelə gedib yerləşdikdən sonra turumuza başlayırıq.

HAVANA ŞƏHƏR TURU*
Maraqlı tarixinə əlavə olaraq, dünya müharibələrindən az ziyanla xilas olmuş və ilk qurulduğu kimi özünü qoruyub saxlayan, 50-60-cı illərin Amerika avtomobillərinin tez-tez göründüyü Havana ilə tanış olmaq üçün Havana Şəhər Turuna çıxırıq. İspan memarlığının təsirli nümunələri olan. Havana, adını San Cristobal de la Habana; İspanlar tərəfindən təsis edilmişdir. Şəhər turumuz müasir Havanadan başlayır, artdeko və müasir memarlıqla qarışan Vedado rayonundan keçərək, dünyaca məşhur İnqilab Meydanına doğru irəliləyirik. Və Havananın ən məşur və görməli yerlərini gəzəcəyik.Nahar turumuz zamanı alınacaq.
Turdan sonar otelə qayıdış,gecələmə.

2-ci GÜN:
Səhər yeməyindən sonra asudə vaxt verilir. Və siz əlavə ödəniş etdikdə tur əldə edə bilərsiz (PINAR DEL RIO – VİNALES VADİSİ TURU) 125 usd
Arzu edən qonaqlarımız üçün naharla birlikdə tam günlük Pınar del Rio-Vinales Vadisi turumuz olacaq . Bu turda biz əvvəlcə tütün sahələrinə baş çəkəcəyik, onun necə yetişdirildiyi barədə məlumat alacağıq və Vinalesdəki yerli Siqar Fermasına baş çəkəcəyik. Los Jazmines zirvəsindən Vinales Vadisinin mənzərəsini seyr edəcəyik. El Palenque Restoranında nahar edəcəyik. Cueva del Indio mağarasında çayı seyr etdikdən sonra Leovigildo tərəfindən yağlı boya ilə çəkilmiş rəsm sizi Mural de la Prehistoria-da inanılmaz gözəl təbiəti seyr edə bilərsiz. Nəhayət, sürpriz yerli ailəni ziyarəti olacaq. Sonra Havanaya qayıdırıq.

3-cü GÜN HAVANA
Oteldə səhər yeməyi. Asudə vaxt.

4-5-6-cı günlər: CIENFUEGOS – TRINIDAD – SANTACLARA – VARADERO TURU, əlavə ödəniş ilə bu turu əldə edə bilərsiz. Turdan istifadə etməyənlər Havanada sərbəst dincələ bilərlər. Bu tura 2 NIGHTS CASA-da yerləşmə + 1 GECE HƏR ŞEY DAHİL OTEL-də yerləşmə + 2 nahar + turlar və ziyarətlərə giriş haqları + bələdçi xidməti daxildir. 410 usd

4-cü GÜN : CIENFUEGOS TRINIDAD
Səhər yeməyindən sonra ilk olaraq YUNESKO-nun dünya irsi siyahısında
olan CIENFUEGOS şəhərinə , meydanına və köhnə teatra baş çəkəcəyik. Nahar yerli restoranda alınacaq. Sonra Trinidad şəhərinə davam edirik. Turumuzun sonunda Trinidadda Casa Particular otelində yerləşdirmə.

5-ci GÜN: TRINIDAD-ANCON BEACH
Oteldə səhər yeməyindən sonra Trinidad şəhər turu. Plaza Mayor-u ziyarət edəcəyik, Canchánchara Bar-da xüsusi yerli kokteyldən dadacağıq, Ancon çimərliyində istirahət. Gecələdiyimiz otel Trinidadın mərkəzi ərazisindədir.


6-cı GÜN: SANTA KLARA – VARADERO
Santa Clara'ya səyahətimiz erkən səhər yeməyindən sonra 08:30-da başlayır. Plaza Ernesto Che Guevara, CHE Muzeyini ziyarət edəcəyik. Hər gün yüzlərlə insanın ziyarətə gəldiyi yerdir. Biz həmçinin köhnə qatar reyslərini və Santa Klaranın mərkəzindəki zirehli qatar abidəsini ziyarət edəcəyik. Turumuzdan sonra yerli restoranda nahar yeməyi veriləcək. Sonra öz marşrutumuzla Matanzas bölgəsindən keçərək, Kubanın ən yüksək magistral körpüsünə yaxın bir nöqtədə fasilə verərək, mənzərəni seyr edərək Varadero tərəfə doğru gedirik. Varadero sahil bölgəsinə çatırıq və səyahətimiz təxminən 4 saat çəkəcək. Gəldikdən sonra hər şey daxil olan oteldə yerləşirik və asudə vaxtınızı otelin çimərliyində keçire bilərsiz. Oteldə gecələmə
OTEL: TUXPAN VARADERO 4*.

7-ci GÜN: VARADERO – HAVANA
Səhər yeməyindən sonra Havanaya yola düşürük. Səyahətimiz təxminən 2,5 saat çəkəcək. Havanaya gəldikdən sonra asudə vaxt. Havanadakı Casa Particular otelində gecələmə.

8-ci GÜN: HAVANA – İSTANBUL 09:10 08:30+1
Havanadan ayrılırıq. Səhər saatlarında Havana hava limanına gedirik.
Uçuş HAVANA – İSTANBUL 09:10-da TÜRK HAVA YOLLARI ilə .

Qiymətə daxildir:
-İstanbul-Havana-İstanbul aviabileti TÜRK HAVA YOLLARI ilə 23 kq baqaj
-Transferlər
-Oteldə gecələmə.
-Havanada şəhər turu

Qiymətə daxil deyil:
- Viza
- Bakı- İstanbul-Bakı aviabilet

https://www.ejderturizm.com

Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub. Qiymət tarixlər üzrə dəyişilə bilər.
Qeyd: Programla bağlı əlavə məlumat almaq istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.






Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram