İki mələk şəhəri bir arada İstanbul+Kappadokiya 5 gecə/6 gün...

1 nəfər Avro372
  • Muzey
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

İki mələk şəhəri bir arada İstanbul+Kappadokiya 5 gecə 6 gün...
Sehrli və möhtəşəm, səs-küylü və inanılmaz gözəl İstanbul.
Avropa və Asiya - ənənəvi şərq və müasir Qərb arasında körpü. Zəngin tarixi boyunca o, bir neçə dəfə adını dəyişdirməyi və dörd imperiyanın - Roma, Bizans, Osmanlı və Latın imperiyalarının paytaxtı olmağı bacarmışdır.İstanbul rəngarəngdir. Müasirliklə qədimliyin ahəngi, iş dünyası ilə əyləncə həyatının ortağı olan əzəmətli şəhər nəinki turistləri, hətta yerli insanları hər gün bir fərqli heyran edir.
Xarici turistlərin İstanbula səfər etmələri çox rahatdır. Şəhərə həm hava, həm dəniz, həm də quru nəqliyyatı ilə gəlmək olur. İstanbulun 3 beynəlxalq hava limanı var – Atatürk, Sabiha Gökçen və Yeni Hava Limanı.
ƏN TURİSTİK RAYONLAR:
Fatih, İstanbulun mərkəz hissəsi və əsas turistik bölgəsidir. Ən məşhur turist dairəsi - Sultanəhməd, Sofiya Katedralı, Hipodrom və onlarla digər nadir tarixi abidələr YUNESKO-nun Dünya İrs Siyahısına yazılmışdır. Rayonun ən məhşur məhəllələri Sultanəhməd, Eminönu, Ağsaray və Laləlidir. Eminönü məhəlləsi qədim muzeyləri, məscidləri və əfsanəvi ədviyyat bazarı olan “Mısır Çarşısı” da daxil olmaqla bir çox bazarları ilə məhşurdur.

Kapadokya Anadolunun ən qədim yazılı abidələrin tapıldığı yerdir. Bölgə o qədər maraqlıdır ki, buranı günlərlə gəzib bitirmək olmaz. Kapadokiya həqiqətən Yaradanın yer üzünə hədiyyəsidir. Milyon illər əvvəl Ərciyəz və Həsən dağlarının püskürdüyü lava kilometrlərlə əraziyə yayılıb və soyuduqca qəribə fiqurlar yaranmağa başlayıb. Görəmə Açıq Hava Muzeyi IV –XIII əsrlərdə monastır kimi fəaliyyət göstərib. Böyük bir ərazidə qayalarda ovulmuş kilsələr, yeməkxanalar, oturma məkanları, yataq otaqları olan bu muzey monastır təhsil sisteminin başlandığı yer olaraq qəbul edilir. Onu da qeyd edək ki, Görəmə Açıq Hava Muzeyi 1985-ci ildən təbii və mədəni varlıq olaraq UNESCO-nun Dünya Mirası Siyahısında yer alıb. Muzey dini bayramların ilk günü saat 13.00-ə qədər bağlı olur. Muzeyə giriş 30 lirədir.
Türkiyə Dil: Türk dili | Pul vahidi: Lirə | Saat Fərqi: -1

Qiymətə daxildir:
1.Istanbulda 3 və 4 ulduz oteldə qalma,səhər yeməyi
2.Kapadokiyada 3 və 4 ulduz oteldə qalma,səhər yeməyi
3.Gəzinti “ Gecə Bosforu”
4.Gəzinti MIX TOUR Kapadokiyada(nahar və muzey qiriş biletləri daxildir)
5.Qrup transfer aeroport İstanbul-otel-aeroport İstanbul
6.Qrup transfer aeroport Kayseri-otel kapadokiya-aeroport Kayseri
7.Aviabilet(İstanbul-Kayseri/Nevşehir-İstanbul)

Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram