Lankaran Springs Wellness Resort...Payız endirimindən yararlanın!!!

1 nəfər AZN61.5
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

LANKARAN SPRINGS WELLNESS RESORT.. Payız endirimi... 1 gecə 2 gün... 123 azn (2 nəfər üçün)
Ən yeni sağlamlıq kurortu kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir. Kompleksin yerində hələ 1958-ci ildən müalicəvi sanatoriya fəaliyyət göstərib. “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.
Unikal memarlıq üslubuna malik mehmanxana kompleksi, sağlamlıq mərkəzindən, avadanlıqla təchiz edilmiş mineral mənbələrdən, uşaq mərkəzindən ibarətdir və ümumilikdə 11 hektarlıq sahəni əhatə edir. Qonaqlara yüksək ixtisaslı həkimlərin məsləhəti ilə yazılmış termal prosedurların geniş spektri təqdim olunur. Qonaqlar, həmçinin əsas restoranın açıq terrasından gözəl mənzərədən zövq alaraq yerli və xarici mətbəxin nəfis yeməklərini dada bilər.
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Otaqlar:
  • Kondisioner
  • Telefon
  • Wi-Fi
  • Müxtəlif dillərdə peyk kanalları
  • Seyf
  • Fen
  • Duş və vanna
  • Çay və qəhvə
  • İçməli su
  • Mini bar
  • Otaq xidməti
  • Unikal mənzərəli geniş balkon
Qiymətə daxildir:
  • Oteldə qalma
  • Qidalanma (səhər yeməyi).
​Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading