Qalaaltı Hotel & SPA müasir məkan, Yeni ili burada qarşılayın!

2 nəfər AZN1030
  • Səhər Yeməyi
  • Oteldə qalma
  • Qala şam yeməyi

Təsvir

Qalaaltı Hotel & SPA müasir məkan, Yeni ili burada qarşılayın! ​2 gecə/3 gün...
Qalaaltı Hotel & SPA”: müalicə və istirahətin vəhdət təşkil etdiyi müasir məkan.

Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi istifadəyə verildiyi qısa müddət ərzində turistlərin marağını cəlb edib. Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin avqustun 8-də açılışı olan kompleksin xidmətlərindən indiyədək 10 minə yaxın turist yararlanıb. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən istirahət kompleksində dincələnlərin təxminən 12 faizi əcnəbilər olub.Bakıdan cəmi 127 kilometr məsafədə yerləşən bu kompleksin eyni vaxtda 354 nəfəri qəbul edə biləcək yüksək səviyyəli otel, villa və kottecləri var.Turistlər SPA xidmətlərindən, habelə bio-sauna, masaj, ekzotik duş otaqları, trenajor zalından da yararlana bilərlər.
“Qalaaltı” kompleksində müasir avadanlıqla təchiz edilmiş tibb mərkəzi fəaliyyət göstərir.Qonaqlara Qalaaltı kəndi ərazisindən çıxan məşhur təbii sular əsasında müalicəvi tibbi xidmətlər təqdim olunur. Məsələn, “Naftsu”nun tərkibində yüksək miqdarda üzvi maddələr var. Müalicəvi xüsusiyyətlərinə görə dünyada tanınan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı, böyrəyin xroniki iltihabı və digər uroloji xəstəliklərin müalicəsində istifadə edilir. Kompleksdə peşəkar tibbi heyətin nəzarəti altında Qalaaltı suyu ilə müalicə kursları təqdim olunur. Müalicənin səmərəliliyini təmin etmək məqsədilə ziyarətçilərə xüsusi kartlar verilir. Həkimlər tərəfindən hər bir ziyarətçiyə təyin edilən fərdi müalicə qaydası, suyun qəbul edilmə miqdarı, temperaturu elektron şəkildə həmin kartlara yazılır. Bu müasir texnoloji yenilik Azərbaycan tarixində ilk dəfə olaraq məhz burada tətbiq olunur.
Kompleksdə müştərilərə müalicə ilə yanaşı, geniş əyləncə xidmətləri də təklif edilir. Əyləncə məkanı 5,4 min kvadratmetr sahəni əhatə edir. Müxtəlif idman meydançaları, o cümlədən aerobika zalı, tennis kortları, geniş park, uşaq mərkəzi və hovuzu, qar otağı, elektron oyunlar asudə vaxtı səmərəli keçirməyə hər cür şərait yaradır.​

Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Qidalanma (səhər yeməyi);
  • Qala Şam yeməyi;
  • Spa;
  • Fitness.
Qeyd:
  • Qiymət 2 nəfər üçün nəzərdə tutulmuşdur.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading