Sankt Peterburqda Yeni il mozaikası 7 gecə/8 gün...

1 nəfər USD557
  • Muzey
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Sankt Peterburqda Yeni il mozaikası 7gecə/8gün...
Əgər siz tarix, memarlıq, incəsənət aşiqisinizsə, o zaman mütləq şəkildə ölmədən görüləcək şəhərlərdən biri olan Sankt-Peterburqa baş çəkməlisiniz.
Gəzməli yerlərə gəldikdə, Piterə gedib Ermitaja getməmək günahdır. Mütləq şəkildə 1 gününüzü Ermitaja ayırın, dünya incəsənətinin ən məşhur nümunələri bu möhtəşəm sarayda saxlanılır.
Digər bir gününüzü Peterhof və ya Petrodvorets adlanan yerə ayırın. Digər bir gününüzü Çarskoe Selo adlanan yerə ayırın, Bu Piterə təxmini 1 saatlıq məsafədə yerləşən kənddir belə deyək. Yekaterinanın məşhur sarayı bu yerdə yerləşir. Bundan başqa Çarksoe Seloda Yekaterinanın sarayının yanında Puşkinin oxuduğu Litsey binasına da girə bilərsiniz. Bu saraya getməkdən ötrü Moskovski metrosundan çıxıb mini avtobuslar ilə 1 saata gedə bilərsiniz.
Şəhərin mərkəzində getməli məşhur kilsələr: Kazan Cathedral, Saint İsaac Cathedral, Spas na Krovi adlanan məşhur kilsələrə mütləq baş çəkin. Birinci kilsəyə giriş pulsuz, digər ikisinə giriş 400 rubldur. Saint İsaac kilsəsinə bilet alanda Kolonada deyilən damına çıxmağa da bilet alın. Ordan şəhəri hündürdən müşahidə etmək olur. bütün bu kilsələrə mərkəzdən ayaqla asanlıqla getmək olur.
Bundan başqa Piterdə mütləq getməli məkan Grand Maket Rossiya adlı böyük maket muzeyidir. 4 saata ancaq gəzib bitirdiyimiz Rusiyanın bütün bölgələrinin maketidir. Giriş 480 rubldur. Bu məkan Moskovskiye Vorota adlı metroya yaxın yerləşir. Piteri gəzməklə bitirmək olmur)
Rusiya Dil: Rus | Pul vahidi: Rubl | Saat Fərqi: -1

Qiymətə daxildi:
- oteldə qalma
- səhər yeməyi,
- aviabilet Bakı-Sankt Peterburg-Bakı
- qrup Transfer ( Pegas)
- sığorta
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram