Radon suları ilə məhşur olan Yahimov,Çexiyanın gözəl məkanı!!!

1 nəfər Avro1410
  • Transfer
  • Müalicə
  • Oteldə qalma
  • 3 dəfə qidalanma

Təsvir

Radon suları ilə məhşur olan Yahimov,Çexiyanın gözəl məkanı!!! 14 gecə 15 gün
Dünyadakı ilk Radon kurortu Yaximov ( Çexiya) Pragadan 130 km və Karlovı Varıdan cəmi 17 km məsafədə yerləşir. Kurortun əsas müalicəvi sərvəti bikarbonat-natrium-termal mineral sulardır.
Sularda yüksək miqdarında Radon olmaqla , yerli mineral su, tərkibində nadir elementlərin - molibden, titan və berilliumun olması ilə də fəxr edir. Suyun tərkibindəki minerallara görə kurort, müxtəlif etiologiyalı və çətin dərəcələri olan onurğa sistemi xəstəliklərinin müalicəsi üçün olduqca təsirli bir yer olaraq tövsiyə olunur.
Yahimovda müalicə üçün əsas göstəricilər:
- Əzələ-onurğa sisteminin xəstəlikləri
- Periferik və mərkəzi sinir sisteminin xəstəlikləri
- Qan dövranı xəstəlikləri
- Dəri xəstəlikləri
- Endokrin sistem xəstəlikləri,şəkər.
Çexiya Dil: Çex dili | Pul vahidi: Çexiya kronu | Saat Fərqi: -3

Əsas prosedurlar:
balneologi:
radon hamamları, radon galvanik hamamlar,kamera hamamları;
əlilliyin bərpası:
kollektiv fizioterapiya məşqləri, isti su ilə hovuzda fərdi fizioterapiya məşqləri, cihazlarda məşqlər,ergoterapiya;
fizioterapiya:
elektroterapiya, maqnetik impuls alan, lazer terapiyası, ultrasəs, diatermiya, kriyoterapiya,ingalasiyalar;
masajlar:
klassik, reflekstor;
qismənhidroterapiya:
sualtı masajlar, qasırğa masajları, Şarco duşu, inci masajlar;
xüsusi terapiya: brahiraydioterapiya, radioterapiya;
digər prosedurlar: oksigen terapiyası, akupunktur, quru karbon qazı vannaları, manipulyasiya üsulları.


Radon müalicəsi tövsiyə edilmir:
-hər hansı bir xəstəliyin kəskinləşməsi olan xəstələr
-hamilə qadınlar
-18 yaşdan kiçik uşaqlar və yeniyetmələr
-əməliyyatdan və ya digər terapiyadan bir-iki il sonra xərçəng xəstələri,
egər həkim- onkoloq radon müalicəsinə razılıq vermirsə.

Qiymətə daxildir:
- Transfer : Praga hava limanı-otel-Praga hava limanı; (Terma)
- Oteldə qalma Behounek 4*
- Qidalanma : 3 dəfə;
- Müayinə, müalicə;
- Viza dəstəyi.

Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.


Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading