Göy göl - Cənnətin bir guşəsi “Goy Gol Lake Resort”

1 nəfər AZN40
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Göygölün rəngarəng təbiəti, yaşıl meşələri, soyuq bulaqları, möhtəşəm dağları, gözoxşayan çəmənlikləri, mineral bulaqları və gözəllikləri sözlə təsvir oluna bilməz. Yay mövsümünü ən gözəl təəsüratlarla "GoyGol Lake Resort" istirahət kompleksində keçirin!
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Ümumi məlumat

Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir.

  • Dəniz səviyyəsindən 1556 metr yüksəkliyində yerləşir.
  • Uzunluğu 2800 metrdir.
  • Eni 800 metrdən 1000 metrə qədərdir.
  • Dərinliyi 96 metrdir.
  • Gölün görünmə qabiliyyəti 8-10 metrdir.

Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgəlmə tarixi Göy-gölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Sevan gölünə daxil olur.

Göygöl dövlət təbiət qoruğu

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

Göygöl dövlət təbiət qoruğu Göygöl rayonu ərazisində yerləşir. Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var.

Qiymətə daxildir:

  • Oteldə qalma
  • Səhər yeməyi
  • Otel xidmətlərindən istifadə
Qeyd:
  • Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub
  • Qiymət tarixlər üzrə və otağ növlərinə görə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram