Paris və Disneylend. Hamının sevimli məkanı...

bir nəfər Avro476
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Paris və Disneylend 7 gecə 8 gün...
Parisin gəzməli-görməli yerləri
Versal Sarayı
Adından da göründüyü kimi bu saray əslində Parisdə yox, ondan 20 km cənub-qərbdə yerləşən Versal şəhərindədi. Amma durub o boyda yolu basa-basa Parisə gəlmişkən gedib bu saraya da baş çəkməyiniz məsləhətdi.
Mulen Ruj
Məşhur kankan rəqsinin beşiyi olan bu Qırmızı Dəyirman hələ 19-cu əsrin sonlarından fəaliyyət göstərir və deyəsən elə o vaxtdan da Azərbaycandan Parisə gedənlərin sevimli yeri olub.
Monmartr
Toy tortuna oxşayan ağ bazilikası ilə turistləri özünə cəlb edən bu təpə bir vaxtlar məşhur rəssamların yaşayıb yaratdığı məhəllə olub. Düzdü ində də burda xeyli rəssamlar görə bilərsiz, amma onların əsas yaradıcılığı turistlərin tez-bazar portretlərini və karikaturasını çəkməkdi.
Notr-Dam
Qotik memarlığının ən gözəl nümunələrindən biri olan bu katedral… yox, nəsə çox ensiklopedik cümlə oldu. Viktor Hüqonun ölümsüz qəhrəmanları Kvazimodo və Esmeraldanın… bunu da oxuyan var, oxumayan var… nəysə, mənasın deyim bəsdi Notr fransız dilində bizim deməkdi, dam da xanım.
Luvr
Gəzə-gəzə axır ki gəlib Luvr muzeyinə çatdınız. Əla. Əvvəlcə hündür daşlardan birinin üstünə çıxıb barmağınızla sanki piramidanı tuturmuş kimi original bir şəkil çəkdirin, sonra vaxt itirmədən muzeyə daxil olun, amma əsas qapıdan yox, sağ tərəfdəki Porte des Lions qapısından (burada növbə daha az olur, bu məsləhəti qardaş qardaşa verməz). Luvru tam gəzməyə heç bir gün də bəs eləməz, sizinsə yəqin ki bu qədər vaxtınız yoxdu, ona görə birbaşa hədəfə doğru gedin. Birinci mərtəbəyə qalxın, uzun zal boyu düz gedin, 6 nömrəli otağa çatan kimi girin içəri və budur nəhayət Mona Lizanın o məşhur təbəssümü ilə qarşı qarşıyasınız.
Disneylend
Fransa Avropada yeganə olan Disneyland-in yerləşdiyi ölkədir. Uşaqların və böyüklərin sevimli məkanı.
Fransa Dil: Fransız | Pul vahidi: Avro | Saat Fərqi: -3

Qiymətə daxildir:

- 2*-4* otellərində 7 gecə yaşama
- qidalanma səhər yeməkləri
- transferlər hava limanı-otel - hava limanı
- Paris üzrə avtobus xülasə ekskursiyası
- Monmartr üzrə piyada ekskursiyası
- Piyada ekskursiya Parisin Tarixi mərkəzi
- Fraqonar ətriyyat muzeyinə baş çəkmə
- Disneylendə səfər (Disneylendə transfer, 2 parkda giriş biletləri)
- qəbul edən tərəfin informasiya dəstəyi

Əlavə olaraq ödənilir:
- aviauçuş
- viza
- sığorta

Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.



Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading