Nyu-York, Vaşinqton, Niaqara şəlalələri

bir nəfər USD1435

Təsvir


Nyu-York, Vaşinqton, Niaqara şəlalələri … 7 gecə/8 gün
Nyu-York - Vaşinqton - Nyu-York - Niaqara şəlalələri - Niaqara - Nyu-York.

Nyu-Yorkda ziyarət edilməli yerlərin top beşliyini təqdim edirik:
Tayms meydanı
İnsan izdihamı, parlaq işıqlı reklamlar, sarı taksilərin sonsuz axını – bütün bunlar bir çoxlarında Nyu-Yorkun obrazı ilə assosiasiya olunur, bu obrazın təcəssümünü Tayms meydanında görmək mümkündür. Əgər Nyu-Yorku dünyanın mərkəzi adlandırsaq, bu zaman Tayms Meydanının Nyu-Yorkun mərkəzi olduğunu tam dəqiqliklə söyləmək mümkündür. Tayms Meydanını gecə ziyarət etmək daha yaxşıdır, neon lampalarının işıqları hipnoz təəssüratı bağışlayır.

Empayr Steyn Binası
Empayr Steyn Binası Nyu-Yorkun ən çox ziyarət edilən gəzməli-görməli yerlərindəndir. Hər bir turist bu məşhur göydələnə çıxmağa özünə bir borc hesab edir! Müşahidə meydançasının yerləşdiyi 86-cı mərtəbədən şəhərə nəfəs kəsən heyranedici mənzərəsi açılır. Burada siz şəhərin bütün gəzməli-görməli yerlərinin qeyd olunduğu sxemi tapa bilərsiniz.

Bruklin körpüsü
Bruklin körpüsü Nyu-Yorkun rəmzi hesab edilir, şəhərdə ən qədim və ən məşhur körpüdür. Körpü Manhetteni Bruklin ilə də birləşdirir, ancaq daha çox göründüyü Hollivud blokbasterlərinin hesabına onu hamı tanıyır. Bruklin körpüsündə, şəhərdəki körpülərdə çox az təsadüf edilən piyada cığırı vardır, bu cığır boyunca gəzmək və körpünü piyada keçmək mümkündür.

Azadlıq Heykəlinə qədər gəzinti
Azadlıq Heykəlinə heç bir haqq ödəmədən Staten Island bərəsində getməyi tövsiyyə edirik. Bu bərə Nyu-Yorkun ictimai nəqliyyatının bir hissəsini təşkil edir və Azadlıq Heykəlinə gedən turistlər üçün dəniz səyahəti bərələrinin ən gözəl alternatividir. Bərə gün ərzində minlərlə sərnişini Manhettendən Steyten Aylendə və geriyə daşıyır.
Bərədən Manhettenin aşağı hissəsinə möhtəşəm bir görüntü açılır, bir də Azadlıq Heykəlinin yanından üzüb keçərək, onu yaxşıca seyr etmək olar.

Mərkəzi Park
Nyu-Yorkda Mərkəzi Park – dünyada ən böyük parkdır, ölçülərinə görə hətta Monako krallığının bütün ərazisindən də böyükdür! Burada siz qayıqla və ya roliklə gəzərək, vaxtınızı əla keçirə, piknik təşkil edə və yumşaq qazonun üzərində uzana bilərsiniz. Bu park sakit, tələsmədən gəzmək və Nyu-Yorkun səs-küyündən dincəlmək üçün mükəmməl yerdir.
ABŞ və Kanadanı ayıran Niaqara çayı:
Amerikana proqramında bu dəfəki səfərimiz Vaşinqtondan şimala – ABŞ – Kanada sərhədinədir. Paytaxtdan Niaqara şəlaləsinə aparan 650 kilometr yol özü bir istirahətdir.
Dünyanın ən gursulu şəlalələrindən olan Niaqara şələləsinin səsi 25 kilometr uzaqlıqdan eşidilir. ABŞ və Kanadanı ayıran Niaqara çayının üzərində yerləşən bu şəlalə 3 şəlaləni özündə birləşdirir. Amerika və Gəlin Fatası şələlələri ABŞ-ın Nyu-York ştatı, daha böyük Nal şəlaləsi isə Kanadanın Ontario vilayəti ərazisində yerləşir.
Hündürlüyü 57 metr olan Nal şəlaləsindən bir saniyədə 2 milyon 554 min litr su tökülür. 762 metr uzunluğundakı bu şəlalə Niaqara çayını ikiyə bölərək şəlalələrin yaranmasına yol açmış Keçi adasının sol sahilindədir.
Amerika Birləşmiş Ştatları Картинки по запросу azerbaycan bayragi Dil: İngilis dili | Pul vahidi: ABŞ dolları (USD) | Saat Fərqi: +11

Qiymətə daxildir:
• 3* oteldə yaşama;
• Səhər yeməkləri;
• Nəqliyyat xidməti;
• Transferlər marşrut üzrə;
• Ekskursiyalar marşrut üzrə.

Əlavə olaraq ödənilir:
• ABŞ viza;
• Beynəlxalq uçuş;
• Əlavə qidalanma;
• Əlavə ekskursiyalar;
• Muzeylərə və ekskursiya obyektlərinə giriş biletləri;
• Tibbi sığorta;
• Bəxşiş bələdçiyə və sürücüyə (turistlər üçün soraq kitabçası).
(KMP)

Qeyd: .Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading