Arzular şəhəri...Böyük Britaniya, London…

1 nəfər Avro934
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Böyük Britaniya, London… Arzular şəhəri... 7 gecə 8 gün
London ilin bütün fəsillərində gözəldir.İyul və avqust aylarında tursitlərlə dolu olur.Bu şəhərin gecələri tamam fərqlidir.Səması qeyri-adi bir gözəlliyə malikdir.Qaranlıq düşəndə ciddi,işadamı stilində olan şəhərdən əsər-əlamət qalmır.Hətta avtomobillər də dəyişib,idman stilinə keçir.Gecə vaxtı Londonda qaranlıq və tənha küçələrdən tək keçmək olmaz
Pulları tanımadığın yerlərdə dəyişmək olmaz. Avtobus gözləyəndə mütləq növbədə dayanmalısan.London əhalisi elə hesab edirlər ki,dünyada ən pis mətbəx onlardadır.Lakin London mətbəxi alma piroqu,zəncəfil peçenyaları və pudinqləri ilə məşhurdur. İngilis adətlərinə görə,qonaq gedərkən mütləq əlində nəsə hədiyyə aparmalısan.Qonaqlıqda boşqabındakı bütün yeməkləri yeməlisən.Yalnız evə qayıtdıqdan sonra ev yiyəsinə açdığı süfrəyə görə təşəkkür məktubu göndərməlisən.
London-alış-verişin mərkəzi hesab olunur.Ən məşhur brendlərin satıldığı mağazaları görmək istəsən West-End rayonuna getməlisən.Hər həftənin dördüncü günü Londonda “Shopping Day” keçirilir.Həmin gün mağazalar gecə yarısına qədər işləyir və alıcılara hədiyyələr təqdim edilir.
Biq-Ben -dünyada zamanı dəqiq göstərən yeganə saatdır.Britaniyanın rəmzi sayılan bu saata çox vaxt “Müqəddəs Stefan qülləsi” də deyilir.Saatın sağ və sol tərəfində latın dilində “Tanrıya şükür” yazılıb
Bukingem Sarayı – Turistlərin ən çox görmək istədikləri məkanlardan biridir.Sarayda 661 otaq var.Onlardan 18-i yalnız ilin müəyyən günlərində insanlar üçün açılır.Kraliça öz həyat yoldaşı ilə birgə sarayın şimal hissəsində 12 otaqlı bir guşədə yaşayır.Otaqların mənzərəsi Qrin parka açılır.
Bir sözlə özün gör bax…
Gediş şənbə günlərində hayata keçirilir.

Böyük Britaniya Dil: İngiliscə | Pul vahidi: Funt Sterling | Saat Fərqi: -3

Qiymətə daxildir:
  • Oteldə qonaqlama;
  • Qidalanma- Səhər yeməyi;
  • Qrup transferi hava limanı-otel - hava limanı;
  • Londonda 2 şəhər ekskursiyası;
  • Aviauçuş Bakı-London-Bakı (SW)
Qiymətə daxil deyil:
  • Viza;
  • Fərdi transfer;
  • Əlavə ekskursiyalar;
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading