Sanatorium Sehirli Naftalan

bir nəfər AZN245
  • Müalicə
  • Oteldə qalma
  • 3 dəfə qidalanma

Təsvir

Sanatorium Sehirli naftalan 7 gecə 8 gün / 245 azn

“Sehirli Naftalan MMC” 600 ildən çox öz müalicəvi xüsusiyyətləri ilə dünyada tanınmış unikal naftalan yağının yataqları yerləşən Naftalan kurort zonasının gözəl və füsunkar ərazisində yerləşir. “Sehirli Naftalan” MMC 2008-ci ildən fəaliyyət göstərir və sanatoriyanın müasir dizaynda tikilmiş, yüksək standartlı avadanlıqlarla təchiz olunmuş 500 nəfərlik korpusu 2014-cü ildən fəaliyətdədir, lakin sanatoriyaya yüksək tələbat, Azərbaycan və dünyanın müxtəlif ölkələrindən çoxsaylı axın olduğundan yeni 300 nəfərlik tam müasir üslubda olan korpusu 2018-ci ilin may ayından istifadəyə veriləcək.
“Sehirli Naftalan” Gəncə şəhərindən 50 km məsafədə gözəl bir ərazidə yerləşir. Təmiz və saf havası var. Gözəl təbiət mənzərələri ilə əhatə olunmuş bu füsunkar məkanda öz sağlamlığına qovuşmaq istəyənlər üçün hər cür şərait yaradılmışdır. Sağlamlıq mərkəzi kimi fəaliyyət göstərən “Sehirli Naftalan” sanatoriyası qonaq evlərindən, idman sahələrindən, poliklinikadan və istirahət mərkəzindən ibarətdir. Burada personalın mehriban və diqqətli rəftarı həmişə xoş atmosfer yaradır. Rahat otaqlar, əfsanəvi naftalan yağı əsasında müalicəvi proqramlarının, geniş seçimi keyfiyyətli istirahət və həyat tonusunun bərpasına xoş təsir göstərir. Sakitlik və rahatlıq burada hökm sürür.
Mütəşəkkil infrastruktura və müasir şəraitə malik sanatoriya öz qonaqlarına gözəl otaqlar, dadlı mətbəx, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr təklif edir.
Sanatoriyada istirahət edənlərin arzusuyla Qəbələyə, Şəkiyə, Zaqatalaya, Göy-Gölə, Mingəçevirə turist səfərləri təşkil edilir.
"Sehirli Naftalan” MMC sanatoriyası Naftalan şəhəri Qafqaz sıra dağlarının ətəyində dəniz səviyyəsindən 220-250 m yüksəklikdə yerləşir. Həmişəyaşıl ağaclarla əhatə olunduğundan havası daima təmiz olur.


Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
Qidalanma: 3 dəfə
Müalicəvi + müayinə paketi.

Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading