Azərbaycan | Qalaaltı Hotel & Spa | 8 gün / 7 gecə | 755 AZN
Qalaaltı Hotel & Spa - Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.Qalaaltı Tibbi-istirahət kompleksi nin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ"tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir.
Qalaaltı Tibbi-istirahət kompleksində əvəzolunmaz sülh və əminamanlıq atmosferası hökm sürür. Əgər bu sizin arzu etdiyiniz şeydirsə onda bizə müraciət edin və yeni formatda istirahətin bütün faydalarından yararlanın.Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir və insanların özünü rahat hiss etdiyi aşağı rütubətli iqlim yaradır.
"Çıraq" Diaqnostika Mərkəzi dünya diaqnostika son nailiyyətlərini özüsndə təcəssüm etdirir. Müasir avadanlıq sayəsində mərkəzdə 350 dən artıq çeşiddə diaqnostik müayinələrin aparılması mümükndür (USM, endoskopiya, rentgen, laborator müayinələr). Bu cür yanaşma ” Müvəffəq müalicə düzgün diaqnozdan başlayır” prinsipinə əsaslanır. Diaqnostikanın əsas istiqamətləri: urologiya, kardiologiya, nevrologiya, ginekologiya, proktologiya və s. Mərkəzdə duodenal zondlama və rentgen diaqnostika xüsusi təlabatla qarşılanır. Qalaaltı sanatoriyasınınn “Çiraq” tibb mərkəzində:
Qanın biokimyavi analizi;
Qanın ümumi analizi;
Qanda şəkər miqdarının təyini;
Sidiyin ümumi analizi;
Cinsi orqanların ifrazatının müayinəsi;
Spermoqramma;
Parazitoloji müayinələr;
Disbakterioza görə bakterioloji əkmə;
Qidaya və kimyavi maddələrə həssaslığın yoxlanılması üçün TEST FED;