Sharm El Sheikh " Steigenberger Alcazar 5* Lux (Nabq Bay) " Misir
Transfer
Sığorta
Aviabilet
Oteldə qalma
Təsvir
Misir | Şarm əl-Şeyx | Steigenberger Alcazar 5* Lux (Nabq Bay)| 7 gecə/8 gün Misir- Afrika qitəsində yerləşən bir ərəb ölkəsidir və xalqının çoxu müsəlman ərəblərdən ibarətdir. Eyni zamanda, qitənin əhalisinin sayı ən çox olan ölkəsidir. Paytaxtı Qahirəşəhəridir. Misir - dünyada turistlərin ən çox diqqətini cəlb edən ölkələrdəndir. Şarm əl-Şeyx Misirin səhralıq mənzərələri ilə Sinay yarımadasının cənubunda yerləşən kurortdur. Planetin ən təmiz məkanlarından biridir; burada mərcan flora və faunasının inkişafı üçün geniş imkanlar var. Bura sualtı ekzotikanı sevənlər üçün əsl cənnətdir. Burada həyat qaynayır, dünyanın dörd tərəfindən gələn turistlər şəhərə ayrıca gözəllik qatır. Şarm əl Şeyx şəhərinin mərkəzi sayılan Naamy Bay şəhərin mirvarisi adlandırılır. Burada bir-birindən gözəl mağazalar, supermarketlər, restoranlar, kazino və 32 otel yerləşir. Naamy Bay diskotekaları ilə də məşhurdur - Hard Rock, Bus Stop, Mexican Bar, MDM, Castle.
Gecə saat 2-3-ə qədər küçələr adamlarla dolu olur. Şarm əl Şeyx turizm şəhəri olduğundan, sərbəst geyinə bilərsiniz. Ancaq paytaxt Qahirəyə gedəndə bağlı geyinmək lazımdır: şalvar, açıqrəngli uzun don, rahat ayaqqabı və mütləq gün vurmasın deyə baş geyimi. Qoruyucu krem də götürməyi unutmayın. Birdən qaralmaq eşqi ilə günün altında oturarsınız, əsla belə etməyin. Günün altında çox dayanmayın, heç az da dayanmayın. Çünki iki dəqiqəyə yana bilərsiniz. Burada turistlərin ən çox bəyəndiyi şeylərdən biri də qara xınadan edilən döymələrdir. Müddəti bir həftə olan döymələrin qiymət isə 5-10 dollardır. Misirlilər qonaqpərvər və şən insanlardır. Bu xoş əhval-ruhiyyə Misirə gələn turistlərə də sirayət edir. Bütün bu gözəlliklər bir dəfə Misirə gedən insanı bir daha oraya qayıtmağa sövq edir.
Mütləq görün
Qiftun adası
Elefantin adası
Xan Əl-Xəlil
Böyuk Sfinks
Mütləq dadına baxın
Fava Fasulyesi
Falafel
Koşari
Sayadeya
Misir
Dil: Ərəb dili | Pul vahidi: Misir Funtu | Saat Fərqi: +2
Qiymətə daxildir:
Aviabilet : Baki -Sharm El Sheikh - Baki
Oteldə qalma
Qidalanma ( all inclusive)
Sığorta
Transfer (GROUP TRANSFER ) Selfi
Qeyd viza məlumatı : Şarm əl-Şeyx şəhərindən kənara çıxmamaq şərti ilə, vizanı sərhəddə əlavə 25 USD ödəniş ilə əldə edə bilərsiz.
Əgər siz Şarm əl-Şeyx şəhərindən kənarda ekskursiyalar əldə edib şəhərdən çıxmaq istəsəniz, o zaman Siz Misir konsulluqundan viza açmalısız.
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.Qiymət tarixlər üzrə dəyişilə bilər. Uçuşlar Tiflis şəhərindən olunacaq.
Geri qaytarılma şərtləri
Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır