Praqa-Vena

bir nəfər Avro249
  • Muzey
  • Audio bələdçi
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Praqa - Vena | 8 gün / 7 gecə |

Praqa (çex. Praha) — Bu ad gözəl şəhərə səfalı iqliminə, dağ havasına, təbii sərvətlərinə görə verilib. Paytaxt şəhər Praqanın yaranması haqda dolaşan əfsanələr dillər əzbəridir. Libuşe adlı sehrbaz qarabasmalarının birində Praqa adlı diyarı yuxuda görür və bununla da röyada görünən şəhər çox keçmir ki, gerçəyə çevirlir.

Yolunuz Çexiyadan düşsə, paytaxt şəhər sizə "Qızıl şəhər", "Şəhərlərin anası" kimi təqdim olunacaq. Burada hər addımda olan möcüzə sizi heyrətləndirəcək. Məsələn, Qədim yer kimi tanınan ratuşa - şəhər idarəsi, bələdiyyə binası olan Orloy saatlarıdır. Bu saatlar səhər saat səkkizdən, axşam saat səkkizə kimi zəng çalırlar.Karlov körpüsünün də maraqlı tarixçəsi var. Əfsanəyə görə, məşhur din xadimi Karlov bu körpünün altında basdırılıb. Çünki, kral Vaslavın həyat yoldaşı sevgi sirlərini bu ruhaniyə etiraf edib. Din xadimi bu sirləri krala deməkdən imtina etdiyi üçün öldürülür və bu yerdə basdırılır. Praqada rəqs edən evlər məşhurdur. Bu binalar elə şəkildə tikilir ki, sanki evlərin iki qülləsi həqiqətən də rəqs edir.

Vyana (alm. Wien) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

Qiymətə daxildır:
  • Oteldə qalma; Otel Abito /Viktor
  • Qidalanma (səhər yeməyi);
  • Transfer (hava limanı - otel - hava limanı)Saxana travel şirkəti)
  • Praqa/ Vyana gəzinti turu;
  • İxtisaslı rusdilli tur bələdçisi:
  • Qrup avtobuslarının ekskursiyası
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur və tarixlərə görə dəyişilə bilər.

Cədvəl

Turun proqramı
I gün Praqa aeroportunda görüş, transfer və otelə yerləşmə
Asudə vaxt.
II gün Oteldə səhər yeməyi
11:00 - Praqa üzrə (3 saat) Xülasə ekskursiyası
III gün Oteldə səhər yeməyi. Asudə vaxt.
IV gün Oteldə səhər yeməyi. Asudə vaxt
07:00 - Vyanaya avtobus ilə grup ekskursiyası (15 saat)
V gün Oteldə səhər yeməyi. Asudə vaxt
VI gün Oteldə səhər yeməyi. Asudə vaxt.
VII gün Oteldə səhər yeməyi. Asudə vaxt.
VIII gün Oteldə səhər yeməyi. Hava limanına yola düşmək.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır