Mükəmməl istirahət mərkəzi - Küngüt Hotel & Resort Şəki

bir nəfər AZN38 AZN62
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Azərbaycan | Şəki | Kungut Hotel & Resort | 2 gün / 1 gecə | 38 AZN |

İstirahət insan sağlamlığı üçün ən vacib şərtlərdən biridir, odur ki, Kungut Hotel & Resort qonaqlarına gündəlik təlaşdan uzaqlaşaraq istirahət etmələri üçün ideal şərait yaratmışdır. Şəkinin ən gözəl bölgələrindən birində yerləşən Kungut Hotel & Resort ideal xidmətin nümunəsidir. Otelin əlverişli coğrafi mövqeyini xüsusi vurğulamaq lazımdır. Kungut Hotel & Resort Şəkinin şimal - şərqində, şəhər mərkəzindən 24 km, Şəki - Oğuz - Bakı magistralından 6 km məsafədə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Otel həmçinin Qəbələ Beynəlxalq aeroportundan cəmi 78 km uzaqlıqdadır (maksimum 1 saat). Yeri gəlmişkən, otel aeroportdan və əks istiqamətdə transfer xidməti təklif edir.

Kungut Hotel & Resort mükəmməl istirahət üçün gərəkli olan hər şeyə malikdir: müasir infrastruktur, məftunedici dağ mənzərəsinə malik rahat otaqlar, təkrarsız servis. Buranı seçməklə siz yaddaşınızdan heç zaman silinməyəcək istirahətin dadını çıxara bilərsiniz. Oteli əhatə edən mənzərəyə qarşı heç bir qonaq laqeyd qala bilməyəcək. Təkrarsız peyzaj, zəngin mədəniyyət və fərqli tarixi məkanlar hər ay buraya böyük turist axınını cəlb edir. Bundan əlavə, Şəkinin coğrafi mövqeyi və iqlimi atla gəzinti üçün idealdır. Odur ki, dünyaca məşhur Azərbaycan atlarında gəzmək şansını əldən verməyin. Şəkidə qonaqlara hər zaman şaddırlar və qonağın zamanını maksimum dərəcədə rahat, qayğısız keçirməsi üçün əllərindən gələni etməyə hazırdırlar.

Mütləq görün
Şəki Qalası Xan Sarayı
Karvansaray Axundov muzeyi
Mütləq dadına baxın
Şəki oyması Sürfüllü
Bamiyə Tel halva
Balva Düyü halvası
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Qidalanma (Səhər yeməyi);
  • Hovuz.

Qeyd:
  • Extra bed - 33 AZN;
  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur;
  • Aşağıda qeyd olunan qiymətlər bayram günləri ərzində etibarsız sayılır.

Qeyd:
  • Aşağıda qeyd olunan qiymətlər bayram günləri ərzində etibarsız sayılır;
  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur və tarixlər üzrə dəyişilə bilər.


Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır