Qafqaz Resort Hotel - Qəbələ

bir nəfər USD41
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Azərbaycan | Qəbələ | Qafqaz Resort Hotel | 2 gün / 1 gecə | 41 USD |

“Qafqaz Resort Hotel” Qəbələ rayonu ərazisində dağətəyi zonada yerləşən 5 ulduzlu oteldir. Dəmiraparan çayı və Qəbələ dağlarının əhatəsində olan otelimiz geniş otaqlara malik nömrələr və həmçinin müstəqil ev formasında olan kotteclər ilə qonaqlara sakit məkanda rahatca dincəlmək və təmiz dağ havası qəbul edərək istirahətdən doyunca zövq almaq üçün əvəzolunmaz imkanlar təqdim edir. Qəbələ şəhərinə yaxın ərazidə yerləşən otelimizdə siz yerli kənd təsərrüfatı məhsullarından hazırlanmış Azərbaycanın ən dadlı yeməklərini və dünyanın ən qabaqcıl mətbəxlərinin ən ləziz təamlarını dada, kompleks formasında inşa olunmuş Spa və fitnes mərkəzinin geniş imkanlarından yararlanaraq öz sağlamlığınızı bərpa edə və eyni zamanda irimiqyaslı tədbirlər üçün bütün zəruri avadanlıqlarla tam təchiz olunmuş konfrans zalının təqdim etdiyi bütün xidmətlərdən faydalana bilərsiniz. Bununla yanaşı otelimiz Tufandağ İstirahət Kompleksinə yüksələn kanata və Qəbələnd Əyləncə Mərkəzinə yaxın ərazidə yerləşdiyindən Qəbələ rayonunun gəzməli-görməli yerlərinə səyahət etmək istəyənlər üçün də əlverişli şəraitə sahibdir.

Mütləq görün
Qafqaz Albaniyasının qalıqları Yeddi gözəl şəlaləsi
Nohur göl Qəbələnd Əyləncə Mərkəzi
Mütləq dadına baxın
Şabalıd halvası Kütüm ləvəngi
Qəbələ plovu Küftə bozbaş
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Qidalanma (səhər yeməyi);
  • Spa;
  • Fitness.

Qeyd:
  • Aşağıda qeyd olunan qiymətlər bayram günləri ərzində etibarsız sayılır;
  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading