Qafqaz Thermal & Spa Resort Hotel - Qəbələ

bir nəfər AZN81
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Azərbaycan | Qəbələ | Qafqaz Thermal & Spa Resort Hotel | 2 gün / 1 gecə | 81 azn |

“Qafqaz Thermal & Spa Resort Hotel” Qəbələ rayonunun Yengicə kəndində yerləşən 4 ulduzlu oteldir. 2014-cü ildə fəaliyyətə başlayan otelimizdə qonaqlara valehedici gözəlliyə sahib təbiətin qoynunda rahat şəkildə dincəlməklə yanaşı mineral və termal sular ilə və həmçinin Naftalan nefti vasitəsilə müalicə qəbul etmək üçün əlverişli imkanlar təqdim olunur. Bununla yanaşı otelin yaxınlığından keçən çayda bəndlər salınaraq süni göllər yaradılıb və bu göllər ətrafında köşk-çardaqlar qurularaq xüsusən yay aylarında toplu şəkildə dincəlmək və piknik etmək üçün lazımi şərait ərsəyə gətirilib. Bundan başqa, otelimizdə böyük yığıncaqların keçirilməsi üçün əlverişli şəraitə sahib zəruri avadanlıqlarla təchiz olunmuş zallar da mövcuddur.

Mütləq görün
Qafqaz Albaniyasının qalıqları Yeddi gözəl şəlaləsi
Nohur göl Qəbələnd Əyləncə Mərkəzi
Mütləq dadına baxın
Şabalıd halvası Kütüm ləvəngi
Qəbələ plovu Küftə bozbaş
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Qidalanma (səhər yeməyi);
  • Spa;
  • Fitness.

Qeyd:
  • Aşağıda qeyd olunan qiymətlər bayram günləri ərzində etibarsız sayılır;
  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.


Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading