Yeni İli Qubada, “Cənnət Bağı” otelində qarşılayın!

2 nəfər AZN630
  • Oteldə qalma
  • Qala şam yeməyi
  • 3 dəfə qidalanma

Təsvir

Yeni İli Qubada, “Cənnət Bağı” otelində qarşılayın! 3 gecə 4 gün/ 4 gecə 5 gün

«Cənnət Bağı» şirkətlər qrupunun istirahət mərkəzlərindən biri Azərbaycanın füsunkar təbiətə malik olan Quba, Xizı rayon ərazilərində yerləşir. Bu zonalara istirahətə, səyahətə, gəzintiyə gələnlər Böyük Qafqazın şimali şərqinin ən gözəl bir hissəsini real həyatda görəcəklər. Mavi səma ilə birləşən qarlı zirvələr, minerallarla zəngin şəffaf bulaqlar, coşqun dağ çayları, bir sözlə əsrarəngiz təbiətin ünvanı olan Quba,Xızı “Cənnət Bağı” istirahət mərkəzi Sizi maraqlı istirahətə dəvət edir.
Siz qışın bəxş etdiyi gözəlliyi şəhərdə görə bilməzsiniz, amma həqiqətən qışın da öz gözəlliyi var. Bunu görmək üçün “Cənnət Bağı”-na gəlmək kifayətdir. Küləksiz yağan sakit qar və təmiz oksigen Sizə yaşam dolu ovqat verəcək. Tanrı bu məkandan heç bir varını əsirgəməmişdir.
Başı qarlı silsilə dağlar, minerallarla zəngin şəffaf bulaqlar, səfalı yaşıllıqla toxunmuş xalıya bənzər yamaclar əhatəsində yerləşən “Cənnət Bağı” istirahət mərkəzində mehmanxana kompleksi 1, 2, 3 və 4 otaqlı rahat nömrələri, kottecləri və VİP apartamentləri Sizlərə təklif edir:

Qeydlər:
  • Qiymət 2 nəfər üçün nəzərdə tutulub;
  • Qiymətə 1 dəfə şam yeməyi, 3 dəfə yeməy, otelin əlavə xidmətlərindən istifadə (sauna, fitnes zalı,türk hamamı,qapalı hovuz,masaüstü tennis,velosiped,futbol,və voleybol meydançaları ) daxildir.

Qeyd:
  • 0-6 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir;
  • 6-12 yaşlı uşaqlara ümumi məbləğin 50% ödənilir;

1-ci paket:
3 gecə/4 gün : Tarixlər: 30.12.2019-02.01.2020
Qiymət: 315 AZN (1 nəfər üçün)

2-ci paket:
4 gecə/5 gün:Tarixlər: 29.12.2019-02.01.2020
Qiymət: 400 AZN (1 nəfər üçün)


Qiymətə daxildir:
· Hoteldə gecələmə;
· Qidalanma (gündə 3 dəfə - Qala Şam yeməyi daxil)
· Əyləncələr.
Qeyd: Əlavə məlumat üçün bizim ilə əlaqə saxlaya bilərsiniz.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading