Möhtəşəm İstanbul və Kapadokya Nağılı 4 gecə/5 gün...

1 nəfər Avro383
  • Səhər Yeməyi
  • Oteldə qalma
  • Ekskursiya
  • Transfer

Təsvir

Türkiyə | Möhtəşəm İstanbul və Kapadokya nağılı 4 gecə/5 gün...
İstanbulda 2 gecə, Kapadokiyada 2 gecə


Kappadokiya (türk. Kapadokya) Yerli əhalinin dilində: "Dünyanın səkkizinci möcüzəsi". Kappadokiya Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır.. Türkiyədə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir rayon var.O , duzlu və dayaz , lakin geniş Tuz gölünün şərqində yerləşir və Kappadokiya adlanır. Bəzən tünd süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar,qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir. Bu rayonda insanlar neolit dövründən məskunlaşmışlar.

Ölkənin mərkəzi hissəsində yerləşən tarixi şəhər. Bu region yalnız qeyri-adi təbiətlə deyil, həm də xristian Kilsəsinin birinci əsrlərinin tarixinə toxunmuş yerdir. Kappadokiyada olarkən elə bir fikir yaranır ki, sanki siz bir başqa planetdəsiniz — o qədər təkraredilməzdir.



Mütləq görün
Top Qapı Sarayı Sultanahmet Məscidi
Qız qalası Eminönü (Mısır Çarşısı)
Aya Sofya Muzeyi Boğaz körpüsü
Qapalı Çarşı Ortaköy
Mütləq dadına baxın
Şirniyyatlar Midyə dolması
Türk qəhvəsi Börek
Küncütlü simit Balık-Ekmek
Partlamış şabalıd İçli köftə
Türkiyə Dil: Türk dili | Pul vahidi: Lirə | Saat Fərqi: -1

Turun programı:
1-ci gün
İstanbula gəliş. Hava limanında görüş. Otelə yerləşmə və asudə vaxt.
2-ci gün
Oteldə səhər yeməyi. 08:30 - Oteldə bələdçi ilə görüş.Qrup ekskursiyaları proqramına uyğun olaraq tam günlük İstanbula ekskursiya.Sonda (18-00), otelə geri dönüş və asudə vaxt.
3-cü gün
Oteldə səhər yeməyi. Transfer hava limanına Kapadokiyaya gediş (Kayseri ya da Nevşehir hava limanı). Kappadokiyaya geliş və otelə yerləşmə . Asudə vaxt.
4-cü gün
Oteldə səhər yeməyi. Səhər saat 10.00-da oteldən çıxış. Tur Ortahisarın mənzərəsi ilə başlayır, burada qaya qalasını görəcəksiniz.Ortahisar və qaya kəndləri.Arxeoloji qazıntıların aparıldığı yer Sobesos'a növbəti ziyarət. Məşhur Soganlı vadisini ziyarət etmək, bərpa edilmədən qaya məbədlərini ziyarət etmək. Soganlı Vadisində nahar. Kaymaklı yeraltı şəhərinə səyahət (ən maraqlı yeraltı şəhər Kappadokyada). Göyərçin vadisinin mənzərəsi.Oniks atelyesinə gediş.
Əlavə ödəniş ilə "Balon" ekskursiyası - 180 manata 1 nəfər üçün .
Sizin istəyiniz ilə ödəniş olunmadan , Kappadokya şərab dequstasiyasına gediş edə bilərik.

Qiymətə daxildir:
-2 gecə İstanbulda 3* oteldə yerləşmə,səhər yeməyi daxil
-2 gecə Kapadokyada səhər yeməyinə əsaslanan CAVE tipli oteldə 4*yerləşmə
-İstanbulda ekskursiya
-Kapadokyada tur

Qiymətə daxil deyil:
-Aviabilet: Baku-İstanbul-Baku
-Aviabilet: Istanbul-Goreme-Istanbul
-Sığora

Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading