Yeni ili Gürcüstanda, Tiflisdə qarşılayaq!

1 nəfər USD369
  • Tur bələdçisi
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

| Gürcüstanda yeni ili Qarşılayın!" | Gürcüstan | Tbilisi 5 gün / 4 gecə |

Bu dəfə biz sizi bizimlə birlikdə Gürcüstanda Yeni il bayramını keçirtməyə dəvət edirik və buna görə hazırlanmış tur məhz sizin üçün xüsusi təklif olunur - "Gürcüstanda yeni ili Qarşılayın!"​

Gürcüstan
Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.

Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.

Gürcü mətbəxi kulinariyada özünəməxsus yer tutur. Qomi, lobio, xarço, çaxoxbili kimi yeməklər isə mətbəxin ən ləziz nümunələridir. Müasir gürcü mətbəxində ət yeməklərinə də yer verilir. Qoyun ətindən çanaxi, mal ətindən xarço, toyuq ətindən hazırlanan çaxoxbili kimi dadlı ət yeməkləri əcnəbi və yerli əhali tərəfindən çox sevilir. Balıqdan hazırlanan yeməklər isə əsasən Gürcüstanın rayonlarında hazırlanır. Ləziz yeməklər siyahısına tərəvəz yeməkləri də daxildir. Onların əksəriyyəti paxla, badımcan, gül kələmi, şəkər çuğunduru və pomidordan hazırlanır və az kaloriyə malik olur. Gürcü yeməklərinin daha da ətirli olması və dada gəlməsi üçün sarımsaq, sirkə, qırmızı istiot, nar, zirinc və s. kimi əlavələr qatılır.

Mütləq görün
Batumi Kutaisi
Tbilisi Mtsxeta
Mütləq dadına baxın
Qomi Toyuqlu yeməklər
Lobio Sulgini pendiri
Xarço şorbası Gürcü şərabları
Gürcüstan Dil: Gürcü dili | Pul vahidi: Lari | Saat Fərqi: 0


Qiymətə daxildir:
  • Oteldə qalma 3*;
  • Səhər yeməyi;
  • Rus dilli qrup rəhbər;
  • Ekskursiyalar;
  • Bələdçi;
  • Nəqliyyat xərcləri ( hava limanı - otel, otel - hava limanı, tur zamanı bütün gedişlər );
  • Qeyd olunan ərazilərə ekskursiya;
Qiymətə daxil deyil:
  • Aviabilet ( Bakı -Tbilisi - Bakı );
  • Muzeylərə giriş biletləri.
  • Qala yemeyi 60 usd əlavə ödəniş ilə.
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişə bilər.
Programla bağlı əlavə məlumat almaq istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiniz.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading