Bakı və İçərişəhər turu

30 nəfər AZN14
  • Muzey
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer

Təsvir

Bakı və İçərişəhər turu sizi gözləyir - 14 AZN

“İçərişəhər”, xalq arasında həm də “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu - Azərbaycan xalqının mədəni irsinin nadir incisi,bir Azərbaycanlının qürur mənbəyidir.

Şirvanşahlar sarayı - Şirvanşahların Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi,minarəsilə 1441 ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir.

Miniatür Kitab Muzeyi- Muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Vitrinlərə 73 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzülmüşdür. Muzeyin kitab fondunda isə 5300-dən çox miniatür nəşr var. Bunları muzeyin yaradıcısı Zərifə Salahova iyirmi ildən artıq müddətdə toplamışdır.

Qız Qalası - Ucalığı və bayır görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız Qalası. Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.

Tarix Muzeyi - Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

Qiymətə daxildir:
  • Nəqliyyat xidməti;
  • Tur Bələdçi;
  • Ekskursiyalar;
  • Foto çəkiliş;

Qeyd:

  • Qiymət uşağların sayına görə dəyişilə bilər.
  • Müəllimə və ya qrup rəhbəri PULSUZ!
  • Valideynlər üçün muzeylərə giriş ÖDƏNİŞLİDİR!
  • Tarix Muzeyi ( əlavə ödəniş ilə biletlər)uşağ - 2azn, böyüklər-5 azn)

Geri qaytarılma şərtləri

Turun başlamağına 5 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Turun başlamağına 10 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 50 %-i geri qaytarılır
Turun başlamağına 15 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 100 %-i geri qaytarılır
Loading