Əsrarəngiz məkan Bali adası - Sinqapur turu...

bir nəfər USD2019
  • Transfer
  • Aviabilet
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Sizə Bali adasında unudulmaz istirahət təklif edirik!! Təkraredilməz tropik adadan başqa kontrasta və təkraredilməz Sinqapurla tanışlıq Sizi gözləyir! I 10gecə 11gün I

Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.

Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipelaqına daxil olan, Yava və Lombok adaları arasında yerləşən Balinin ərazisi 5561 kvadratkilometrdir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır və ona görə də turistlərin diqqətini daim özünə cəlb edir. Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalçanı xatırladır. Yaşıl düyü plantasiyaları, gözoxşayan çəmənliklər, gursulu çaylar və yayda belə, soyuqluğu ilə insanı heyrətə gətirən göllər, başı göylərə ucalan palma və tropik iqlimə xas olan ekzotik meyvə ağacları, qızılıqumlu çimərliklər Baliyə gələn turistləri maqnit kimi özünə cəlb edir. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.

İndoneziya Dil: İndoneziya dili | Pul vahidi: İndoneziya rupisi | Saat Fərqi: +4

Qiymətə daxildir:

  • Oteldə qalma;
  • Marşrut üzrə bütün uçuşlar;
  • Səhər yeməyi;
  • Transfer xidməti ( Voyage tr)


Qiymətə daxil deyil:

  • Viza
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading