Zirə Mədəniyyət Mərkəzi - " Zirə Eko Park"

1 nəfər AZN25
  • Muzey
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Su və şirniyyat

Təsvir

Zirə Eko Parkda İstirahət.
Eko Zirə Park
- Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilib.

Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.

Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir.

Parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazinin düzgün suvarılması üçün 2 tip - xüsusi damla və sprint sistemləri yaradılıb. Suvarma sistemi kompüterlə avtomatik idarə olunur. Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları yaradılıb, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi yaradılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir.

Zirə Cinema - Burada 300 nəfərlik konsert, toplantı və 3D kinozalı fəaliyyət göstərir. Kinozal müasir tələblərə cavab verən ən son texnologiya ilə təchiz olunub. Nizami Kino Mərkəzinin nümayişində olan filmlərin paralel olaraq burada yayınlanması nəzərdə tutulub. Zalda ən son filmlərin nümayişi və izləyicilərin rahatlığı üçün hər bir şərait yaradılıb, xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq, soyutma-isitmə və havalandırma sistemləri qurulub,VİP zona yaradılıb. Zalda, həmçinin konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkindür.

Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib, onların saxlanması və artırılması üçün müvafiq şərait olan Quş parkı yaradılıb.

Qiymətə daxildir:

1Paket - 35 azn
  • Nəqliyyat xidməti;
  • Tur bələdçi;
  • Foto çəkiliş;
  • Ekskursiya - Eko Zirə Park
  • Master klass ( gül əkmə, keramik-gildən düzəltmə və ya ebru sənəti)

2 Paket - 25 azn
  • Nəqliyyat xidməti;
  • Tur bələdçi;
  • Foto çəkiliş;
  • Ekskursiya - Eko Zirə Park
  • Eko Kafedən menu (picca və ya şaurma,kartoşka,şirə)
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qeyd:

  • Qiymət nəfər sayına görə dəyişilə bilər.
  • Müəllimə və ya qrup rəhbəri PULSUZ !
  • Valideynlər üçün muzeylərə giriş ÖDƏNİŞLİDİR!



Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram