Dubayda depozit tələb edən otellər...


BƏƏ-nin demək olar ki, bütün mehmanxanaları otelə giriş zamanı depozit tələb edir. Dubay, Abu Dabi və Ras Al Khaimahdakı çimərlik otellərinin böyük əksəriyyətində depozit bir gecəlik 500 AED (137 ABŞ dolları) təşkil edir. Yüksək kateqoriyalı otaqları bron edərkən depozitin məbləği daha çox ola bilər. Ajman, Sharjah və Fudjeira otellərində depozit adətən az məbləğdə olur .
Ödəniş həm nağd, həm də bank kartları ilə edilə bilər. Biz bank kartlarından istifadə etməyi tövsiyə edirik, çünki ABŞ dolları və ya avro ilə nağd ödəniş edərkən istifadə olunmamış məbləğ otel məzənnəsi ilə yalnız dirhəmlə qaytarılır. Nəzərə almaq lazımdır ki, əmanətin bank kartına qaytarılması bir aya qədər çəkə bilər.
Bəzi otellərdə Siz otaq sifarişinizi "Cash Basis"-ə köçürməyi xahiş edərək depozitsiz qeydiyyatı təşkil edə bilərsiniz. Bu halda sizin nömrənizdə minibar, telefonun xarici xətti bağlanaraq, bu xidmətlərdən istifadəyə qadağa qoyulacaq.
Aşağıdakı linkə daxil olaraq Depozit tələb olunan otellərin siyahısı ilə tanış ola bilərsiniz.
/home/getfile/49468


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram