Səyahətdən dönərkən hava limanından ala biləcəyiniz ən yaxşı hədiyyələr... 


Beləliklə Sizin üçün hava limanlarından ala biləcəyiniz ən yaxşı hədiyyələri araşdırdıq. Bəribaşdan deyək ki, bir çox fərqli seçim var. Biz isə bu dəfəlik ən gözəl 5-ni təqdim etməklə kifayətləndik. Əslində bunlar ən çox seçilənlərdir.
Tətildən sonra sevdiklərinə hədiyyə almaq istəyən, lakin vaxtı olmayanlara hava limanları əla seçimlər təklif edir. Əslində hədiyyə seçimləri kifayət qədərdir. Fərdi hədiyyələr tapmaqla yanaşı, əyləncəli seçimlər də edə bilərsiniz.

/home/getfile/22304


Hava limanında alına biləcək ən yaxşı 5 hədiyyə


Saat çox insanın ən sevdiyi aksesuardır. Bu əşyanın çox faydalı və fərqli seçimləri mövcuddur. Burada hədiyyə verəcəyiniz insanın zövqünə uyğun saatı tapa və seçimlərinizi asanlıqla edə bilərsiniz. Necə deyərlər, uçuşunuzu gözləyərkən əla seçim edərək hədiyyə də hazırlamış olacaqsınız.


/home/getfile/22304

Saat


Qadınlar üçün əvəzedilməz olan çantalar insanı hədiyyə problemindən də xilas edə bilər. Fərqli modellər, rəng seçimləri, ölçülər və əlbəttə ki, fərqli üslublarla sevdiyiniz və hədiyyə etmək istədiyiniz insanı təəccübləndirə bilərsiniz. Arvadınız, sevgiliniz, ananız, qardaşınız və ya dostunuz üçün gözəl bir çanta ala bilərsiniz.

/home/getfile/22304

Çanta


Əlbəttə ki, səyahət etmək, oradan xatirə əşyaları görmək və almaq istəyən insanlara verə biləcəyiniz ən yaxşı hədiyyə maqnitdir. Şirin, gözəl və səyahətdə olduğunuz yeri izah edən maqnit alıb sevdiklərinizə xoş bir hədiyyə verə bilərsiniz. Getdiyiniz şəhərin və ya ölkənin ən yaxşı hədiyyəsi olacağına əmin olun.

/home/getfile/22304

Maqnit (özüyapışan)


Xüsusilə beynəlxalq səyahətlər üçün əvəzolunmaz hədiyyə olan parfüm, hava limanlarında qiymət baxımından daha ucuz ola bilər. Məhdud sayda istehsal olunan və yalnız hava limanlarında olan hədiyyə dəstlərini də seçə bilərsiniz.

/home/getfile/22304

Ətir


Xaricdən qayıtdıqdan sonra aldığınız dadlı şokoladların yanına bir fincan qəhvə əlavə etsəniz, həqiqətən möhtəşəm bir hədiyyə dəsti yaradacaqsınız. Qəhvə və şokoladı yan-yana sevən dostlarınız varsa, bu fürsəti qaçırmayın və kiçik, lakin mənalı bir hədiyyə hazırlayın.
Şokoladlı qəhvə, ətir, saat, çanta və ya maqnit. Tətildən sonra ən gözəlini alaraq seçimlərinizi edə və doğmalarınızı sevindirə bilərsiniz. Əlbətdə ki, hava limanında fərqli variantlarla da qarşılaşacaqsınız...

/home/getfile/22304

Şokolad və qəhvə




Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram