Birləşmiş Ərəb Əmirliklərindəki otellərdə qeydiyyat zamanı depozitlər


Azərbaycanlı turistlərin dünyada ən çox üstünlük verdiyi turizm məkanlarından biri Birləşmiş Ərəb Əmirliyidir.

BƏƏ-də əksər otellər qonaqlardan otaq üçün depozit tələb edir. Otaq nömrəsinə yazılan depozitlə otel ərazisindəki (restoran, spa mərkəzləri və s.) fakturaları ödəmək üçün istifadə edilə bilər. Depozitin istifadə olunmamış hissəsi çıxışdan sonra qonağa qaytarılır. Depozitin miqdarı bitdikdə isə, müştəriyə yeni depozit yatırması haqqında məlumat verilir.

Əslində turizm sektorunda depozitdən istifadə başqa ölkələrdə də tətbiq olunur. Depozit yatrımı turistlərə rahatlıq verir, cünki yanlarında nəğd pul gəzdirmədən istənilən proqramlardan və əyləncələrdən istifadə edə bilirlər. Müştəri depozit qoymaqdan imtina etdiyi təqdirdə isə otel qonaqlara bəzi xidmətlər göstərməyi məhdudlaşdırır. Məsələn, qaldığı otaqda minibarı bağlayır və s.

Qeyd edək ki, otellər "MASTERCARD", "VISA" və "MAESTRO" plastik kartlarını qəbul edir. Oteldən çıxarkən isə müştərinin kartdakı depoziti blokdan çıxarılır.
BƏƏ-dəki otellərdə depozitlərin məğbləği 100-1000 AED (45-4500 AZN) aralığında dəyişir.

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram