2020-ci ilin Səyahət Trendləri

/home/getfile/22304


2020-ci ili dünyanı kəşf edəcəyiniz bol səyahətli bir il elan edin!


Yaşadığımız rəqəmsal dövrdə səyahətimiz yalnız dənizə getmək, günəşlənmək və ya oteldə vaxt keçirmək deyil. İndi səyahət, kəşf etməyi, fərqli hekayələr arxasınca getməyi tələb edir.

2020-də ön plana çıxacaq səyahət məkanları insanların ruhunu sevindirəcək yerlər olacaq. Artıq insanlar uzun müdət bir yedə qalmağı sevmirlər. Səyahətdə fərqli şeylər kəşf etmək istiyirlər. Ona görə də bu ilin səyahəti daxili aləmə səyahət kimi olacaq. Maraqlıdır, indi oxuduğumuz kitabların mövzusu də dəyişib. Artıq özümüzlə bağlı olan psixoloji kitablar oxumaq daha populyardı. Depressiyanın bizi izlədiyi bir dövrdə özümüzlə, ruhumuzla çox əlaqəli olduq. Artıq turizm baxımından maraqlı olan səyahət təkliflərini deyil, bizə yaxşı təsir edəcək səyahət təkliflərinə maraq göstəririk. Mütəxəssislər əbəs yerə depresiyanı XXI əsrin killleri adlandırmayıblar. Psixoloji problemlərin artdığı bir əsrdə insanlara hüzur verən səyahət bölgələrinin trend olacağı düşünülür. Əlbəttəki, hər şəhərin özünəməxsus ruhu var. Bu səbəbdən, öz ruhunuza uyğun olan şəhəri seçməklə istirahətinizi daha yaxşı qurmuş olacaqsınız. Bunun üçün şəhərdə yaşayan insanların ritmini hiss etməyə çalışın. Yerli insanlarla ünsiyyət qurmaq, əylənmək və mədəniyyəti kəşf etmək ruhunuzu dincəldəcək.


Səyahət vərdişləri dövrün yüksələn dəyərlərinə görə formalaşır. Bəs görəsən 2020-ci ildə səyahətçiləri hansı tendensiyalar gözləyir? Bu il səyahətin konsepti nə olacaq? Turizm sektorunda ən çox müzakirə olunacaq başlıqlar nə olacaq? Hansı səyahət növləri və səyahət turları ön plana çıxacaq?


/home/getfile/22304


İnsta-Turizm nədir?


Sosial media və xüsusən İnstaqram fotoları səyahətçilərin tətil seçimlərini kökündən dəyişdirdi. Müasir dövrdə səyahət fotoları sosial mediada paylaşılmırsa, bu o deməkdir ki, siz heç səyahət etməmisiniz.
Artıq bir çoxumuz səyahətimizi İnstaqramdakı fotoşəkillərdən və ya "mütləq görməli olduğunuz yelər" siyahısından planlaşdırırıq. Buna görə "Instagram Travel" və ya "Insta-Turizm" anlayışı 2020-ci ildə də trend olmağa davam edəcək.
Qeyd edək ki, ötən il İnstaqramda ən çox işarələnən şəhərlər London, Paris, Dubay olmuşdu. Cari ildə daha az populyar olan turizm bölgələrinin önə çıxaçağı proqnoz edilir.
Azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu Türkiyədə 2020-ci ilin səyahət gündəmini iqtisadi vəziyyət və alış gücünün düşməsi müəyyən edəcək.


/home/getfile/22304


2020-ci ildə ekoturizm inkşaf edəcək


2020-ci ildə insanlar yeni səyahət yerləri kəşf edərək ekoturizmə öz töhvələrini vermiş olacaqlar. 2020-ci ildə insanlar yeni səyahət marşrutları qura, paylaşa və təcrübələrini daha geniş auditoriyaya ötürə, bununla da ekoturizm bölgələrinə töhfə verə biləcəklər. Məsələn 2020-ci ildə əkinçilik səyahətləri, üzüm bağları, dayanıqlı turizmin vacib mövzuları olacaqdır.
2020-ci ildə turizm sənayesi üçün ekoturizmin və overturizmin əhəmiyyəti müzakirə ediləcək.


/home/getfile/22304


Futbol oyunlarının keçiriləcəyi ölkələr ən çox səyahət olunan ölkələr olacaq


2020-ci ildə ən çox danışılan mövzu UEFA Avropa Futbol Çempionatı olacaq. Bu da səyahət marşrutlarına təsir edəcək. Həm ziyarət, həm ticarət deyib futbol oyunlarının keçiriləcəyi ölkələr ən çox səyahət olunan ölkələr siyahısına daxil olacaq.
İnstagram səyahət seçimlərinə təsir edən bir vasitə olsa da, bu ildən etibarən Youtube-nin daha da güclənəcəyi düşünülür. İnsanlar artıq gedəcəyi ölkəni seçmək üçün daha uzun və daha ətraflı videolara baxmaq istəyir.


/home/getfile/22304


Transformativ Səyahət nədir?

Stresli şəhər həyatı əksər insanlar üçün olduqca yorucudur. Buna görə səyahət edərkən sakit və ruhən rahat olmaq çox vacibdir. 2020-nin trend olacaq səyahət növlərindən biri Transformativ səyahətlər, səyahətçilərin özlərinə xoş gələn səyahət yerlərinin lokasiyasını yaymaları ilə bağlı olacaq. Bu səyahət növündə könüllü işlərdə iştirak edə, ehtiyacı olanlara kömək edə və yoga düşərgələrinə səssizcə sığına bilərsiniz.


2020-ci ildə turizm sektorunda harda nə yemək, viza sərbəstliyi (vizasız gedilə bilən yerlər daha aktual olacaq) və məzənnə fərqləri kimi mövzular müzakirə ediləcək.

/home/getfile/22304


Yeraltı yemək klubları nədir?


Yaşadığımız dövr evdən kənarda yemək vərdişi yaradıb. Həyatımıza rəng qatacaq hər cür yemək təklifinə açığıq. Son vaxtlar ABŞ-dakı "supperclub" və İngiltərədəki "yeraltı restoranlar" dəbdədir. Məşhurların dilindən dillərə düşərək şöhrət qazanan bu restoranlarda nə yeyəcəyini və kiminlə eyni masada oturacağını bilmirsən. Fərqli bir macəra təklif edən, "yeraltı yemək klubları" 2020-ci ilin trendləri arasındadır. Yeni nəsil yemək təcrübəsi təklif edən restoranlara uyğun olaraq səfər planlaşdırmaq və rutinlikdən çıxmaq çoxlarının arzusudur.


2020-ci ildə məşhur yerlər əvəzinə fövqəladə yerlərə maraq artacaq. Daha çox "konseptual" səyahət növləri üstünlük təşkil edəcək. Qastronomik səyahətlərə də maraq artacaq. Otellərin yerini yerli yaşayış evləri, malikanələr təklif edən yaşayış evləri tutacaq. Ayrıca, mikro səyahət deyilən 2-3 günlük qısa tətillər artacaq.


/home/getfile/22304


Mikro tətil nədir?


Çoxumuzun uzun tətil planlamağa və planlaşdırmağa nə vaxtımız, nə də kifayət qədər təcrübəmiz var. Xüsusilə də iş həyatının intensivliyi səbəbindən səyahətimizi planlaşdıra bilmirik. Həmçinin, maddi problemlər də əsas səbəblərdən biridir. Beləcə günümüzün zaman və asudə vaxt kimi ən vacib problemlərindən dolayı iş və səyahətin birləşdirildiyi bir neçə günlük mikro səyahətlər artıq daha populyardır. Həm büdcəyə uyğun, həm də mədəni məmnunluq gətirən bu qısa səyahətlər, 2020-ci il səyahət tendensiyaları arasındadır.

/home/getfile/22304


Ədəbiyyat səyahəti nədir?


Kitab festivalları və ədəbiyyat səyahətləri, 2020-ci ilə damğa vuracaq səyahət növləri arasındadır. Dünya çapında çox sürətlə yayılan bu səyahət hərəkəti, sevdiyiniz yazıçı, kitab və ya festivalı izləmək üçün həmin ölkəyə səyahət etmək istəyi. Sevdiyiniz bir müəllifin nitqinə qulaq asmaq, imza günündə iştirak etmək və ya kitabdakı qəhrəmanın yollarında gəzmək bu səyahət növünün əsasını təşkil edir. Arxeologiya, ədəbiyyat, tarix və təbiət mövzularında tematik mədəniyyət turları 2020-ci ildə daha çox təbliğ olunaraq ön plana çıxacağı düşünülür.

/home/getfile/22304


Ekoturizm nədir?


2020-ci ildə ekoturizmdə, yəni insanı daha çox təbiətə bağlayan turizm növlərində artım olacaq.
Ekoturizm; vəhşi təbiəti və yerli icmanın mədəniyyətini qorumaq üçün "həssas" bir səyahətdir. Yerli insanlara, təbiətə və ətraf mühitə həssaslıqla yanaşmağı hər şeydən üstün tutan bu səyahət istiqaməti bütün dünyada yayılmışdır və 2020-ci ildə aparıcı səyahət istiqamətlərindən biri olacaqdır. Şərqi Anadolu şəhərləri xüsusilə diqqət mərkəzində olacaq.


Turizm əksər ölkələrin ən vacib gəlir mənbəyi və iş potensialıdır. Ancaq bütün dünyanın diqqətini çəkən sənaye tullantıları kimi problemlər, ekoloji tarazlığın pozulması və mədəni irslərin itməsi fərqli fikirlərə, problemlərə səbəb olur.
Yeni marşrutlar həmişə maraq oyadır. Dünyada isə səyahət üçün yeni adlandırılacaq bir yer yoxdur, ancaq insanların yeni kəşf etdiyi və görmək istədiyi yerlərə maraq bəzən uçqun kimi böyüyə bilər. Məsələn Kars, Isparta, Lviv kimi...


/home/getfile/22304


Musiqi festivalları 2020-ci ilin trendini müəyyən edəcək


2020-ci ilin trendini həm də musiqi festivalları təyin edəcək. Berlinin daha maraqlı və populyar olacağı təxmin edilir.

/home/getfile/22304


2020-ci ildə iqtisadi cəhətdən daha qənaətli səyahət seçimləri prioritet olacaqdır


2020-ci ildə klassik marşrutlar yerinə maraqlı və təcrübə yönümlü səyahətlərin önə çıxacağı düşünülür. Bundan əlavə, izdihamlı turlardan çox fərdi səyahətlərə üstünlük veriləcəkdir.
2020-ci ildə iqtisadi cəhətdən daha qənaətli səyahət seçimləri prioritet olacaqdır. Səyahətçilər pullarının dəyərli olduğu ölkələrə daha çox üstünlük verəcəklər. Əlbəttə ki, qiymətlər yüksək olan şəhərdə turistin istirahətinin rahatlığı azalır.
2020-ci ildəki tendensiyalardan xəbər tutduğunuz bu məlumatdan sonra hara gedəcəyinizə qərar verdinizsə, vaxt itirmədən Terra Travelə müraciət edib, Tur paketinizi sifariş edə bilərsiniz.



Loading