"Terra Travel" müştərilərinə Viza xidməti də göstərir

Xaricə səyahətlərinizin açarı olan viza almaq Sizə çox çətin görünə bilər. Çünki buna xeyli vaxt sərf etməlisiniz. Amma bu işləri Sizin yerinizə professional şəkildə sürətli, problemsiz həll edən "Terra Travel" var. Terra Travel turizm agentliyində viza məsləhət xidmətləri sahəsində ixtisaslaşmış bir qrup mütəxəssis məhz bu işləri həyata keçirir.
10 ildə yaxındır Azərbaycandan Avropa ölkələrinə turist göndərilməsi ilə məşğul olan Terra Travel səfirliklərlə geniş iş təcrübəsinə malikdir.


Unutmayın ki, viza müraciəti zamanı ən bəsit bir səhv müraciətinizin rədd edilməsi ilə nəticələnə bilər. Bu isə, vaxtınızı və pulunuzu itirməyinizlə yanaşı növbəti viza müraciətinizə neqativ təsir göstərəcək.
Viza prosedurlarının hər bir addımını ixtisaslaşmış viza qrupumuz diqqətlə izləyir. Görüşün təyin edilməsi, viza üçün tələb olunan sənədlər barədə məlumat vermək, sənədlərin uyğunluğunu yoxlamaq, viza müraciəti üçün formaları doldurmaq, sənədləri səfirliyə və ya viza müraciət mərkəzlərinə, proses bitdikdən sonra vizaları müştəriyə çatdırmaq kimi bütün mərhələləri izləyir.
Bu isə gərgin iş qrafikinizə mane olmadan, vaxtınıza qənat etməklə, viza probleminizin uğurlu həlli ilə nəticələnəcək.


/home/getfile/22304


Viza prosedurlarında diqqət etməli olduğunuz məqamlar


İlk olaraq düzgün səyahət planı hazırlanmalı və viza müraciəti səyahət növünə görə edilməlidir.
Səfirlikdə növbə çoxluğunu nəzərə alıb viza prosedurlarına səfərdən ən az bir ay əvvəl başlamaq lazımdır. Səyahət etməyi planlaşdırdığınız ölkədə keçirilən yarmarkalar, konqreslər, sammitlər kimi beynəlxalq tədbirlər konsulluqda normadan çox sıxlıq yarada bildiyindən görüşün gecikməsinə səbəb ola bilər. Pasportunuzun etibarlılıq müddətini, tələblərə uyğunluğunu yoxlayıb və boş viza səhifəsi (konsulluqlara görə 1 və ya 2 boş səhifə) olduğuna əmin olmaq lazımdır.
Səyahət marşrutu, xüsusən Şengen ölkələrinə səyahət viza üçün müraciət etməzdən əvvəl müəyyənləşdirilməlidir.
Viza üçün tələb olunan sənədlər tam şəkildə, qüsursuz hazırlanmalıdır. Sənədlərin tələb olunduğu kimi olmaması viza müraciətinin rədd edilməsinə səbəb ola bilər.
Tələb olunan foto ölçüsünə və spesifikasiyalara əməl edilməlidir. Fotoşəklin arxa fonu, kağız növü (mat, parlaq), baş ölçüsü, eynəyin istifadə oluna biləcəyi, hər hansı bir məhdudiyyət varsa (qalın çərçivə, rəngli şüşə və s.), qapalı qadınların qulaqlarının görünüb-görünməməsi, geyim forması ilə bağlı məhdudiyyətin olub-olmaması və s.

Viza xidmətinə daxildir

• Ümumi konsultasiya;
• Blank doldurulması;
• Sənədlərin düzgün hazırlanması;
• Otel və bilet bronları;
• Səfirliklə görüş tarixinin təyin edilməsi.

Xidmətə daxil deyil

• Səfirliyə ödəniləcək viza rüsumu;
• Sığorta.


/home/getfile/22304


Şengen vizası nədir?


Şengen vizası – Şengen sözü Lüksemburqun “Şengen” şəhərinin adından götürülüb. 1985-ci ildə bu şəhərdə Avropa ölkələrinin sərhədləri arasında yoxlanışa son qoyan müqavilə imzalanmışdır. Şengen zonasına daxil olan ölkələr Avropa Birliyinin üzvləridir. Yalnız İslandiya və Norveç Avropa Birliyinin üzvləri deyil. Bununla yanaşı Avropa Birliyinin 5 üzvü (Birləşmiş Krallıq, Bolqarıstan, Kipr və Ruminiya) şengen zonasına daxil deyil. Terra Travel Travel komandası olaraq müştərilərimizə şengen vizası dəstəyi göstərməkdən məmnunluq duyuruq.

Viza ödənişləri
Viza rüsumu – 35 AVRO




Viza üçün tələb olunan sənədlər

  • Xarici passport;
  • Gediş və dönüş biletlərinin bronu;
  • İşlədiyiniz müəssisədən və ya tələbəsinizsə oxuduğunuz təhsil müəssisəsindən arayış;
  • Lazımi xərclərin ödənəcəyinin sübutu və ya bankdan arayış;
  • Bankdan son 6 ay müddətində etdiyiniz əməliyyatların çıxarışı;
  • Bron etdiyiniz otelin vauçeri və ya sizə göndərilən dəvət məktubu;
  • Ən azı 30.000 avro məbləğində, bütün səfər müddəti və bütün şengen ölkələri üçün tibbi sığorta;
  • Şəkil 3.5×4.5 sm;
  • Hazır ərizə forması;
  • Şəxsiyyəti təsdiq edən sənədin və xarici passportun kopyası.


Digər sənədlər

  • Əgər evlisinizsə nikah şəhadətnaməsi, 18 yaşına çatmamış övladınız (övladlarınız) varsa doğum haqqında şəhadətnamə
  • Azərbaycan Respublikası ali və ya orta təhsil müəssisələrində təhsil alan və vizaya müraciət edən bütün tələbə və şagirdlər həmin təhsil müəssisəsində oxuduğuna dair arayış təqdim etməlidir
  • Nəzərinizə çatdıraq ki, Macarıstan və Yunanıstan səfirlikləri viza müraciəti zamanı Elektron Hökumət Portalından rəsmi iş yeri haqqında çıxarış tələb edir.
  • Əlavə üstünlük kimi adınızda hər hansı daşınan və ya daşınmaz əmlakınız varsa onun çıxarışlarını da təqdim edə bilərsiniz.


Şəklin çəkilmə qaydası

  • Şəkilin çəkilmə müddəti altı aydan gec olmamalıdır;
  • 3.5 sm x 4.5 sm ölçüdə olmalıdır;
  • Parlaq olmayan bir fonda çəkilməlidir;
  • Şəklin fonunun tünd olmamasına diqqət edilməlidir;
  • Şəkildə bədənin əsasən çiyindən yuxarı hissəsinin olmasına diqqət yetirilməlidir, odur ki, şəkilin 70-80%-i üz nahiyəsindən ibarət olmalıdır.

Şengen vizasına etdiyiniz müraciətin cavabı 3 – 14 iş günü müddətində verilir.


/home/getfile/22304


Terra Travel-lə səyahət etmək çox rahatdı!



Qeyd 1: Passport və şəxsiyyət vəsiqəsinin surətlərindən başqa bütün sənədlər ingilis dilinə tərcümə edilməli, və notarial qaydada təsdiq olunmalıdır.

Qeyd 2: Vizaların verilməsi birbaşa konsulluqla əlaqədar olduğundan, Terra Travel turizm agentliyi, müraciətə müsbət cavab alacağına tam zəmanət vermir. Bu istiqamətdə bütün qərarlar konsulluğa məxsusdur.



Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading